CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Gürcüstandakı səfirliyinə yeni təyinat

© Sputnik / Stringer / Mediabanka keçidGürcüstan
Gürcüstan - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
Vaxtanq Qomelauri Adil Bağırovu polis attaşesi təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib.
BAKI, 3 noyabr — Sputnik. Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.
Məlumatı Gürcüstan DİN yayıb.
Bildirilib ki, Faiq Quliyev Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Daxili İşlər Nazirliyinin nümayəndəliyinin rəhbəri, polis polkovniki Adil Bağırovu Vaxtanq Qomelauriyə təqdim edib.
Vaxtanq Qomelauri Adil Bağırovu polis attaşesi təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzu edib.
Məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında hüquq-mühafizə sahəsindəki intensiv əməkdaşlığın vacibliyini vurğulayıblar.
"Tərəflər həmçinin perspektivlər barədə də danışıblar və gələcəkdə müxtəlif istiqamətlərdə əməkdaşlığı fəal şəkildə davam etdirməyə hazır olduqlarını bildiriblər", - qurumun məlumatında bildirilib.
Xəbər lenti
0