Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda 256 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb

© Sputnik / Murad OrujovAilə, arxiv şəkli
Ailə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2023
Abunə olmaq
Vüqar Qurbanov vurğulayıb ki, 80 tibb müəssisəsində laborator-diaqnostik xidmətlər yenidən təşkil edilib və laborator müayinələrin sayı 3 dəfədən çox artırılıb.
BAKI, 3 noyabr — Sputnik. "Son illər ölkədə əhaliyə göstərilən tibbi xidmətlərin müasir standartlara uyğunlaşdırılması, bu sistemin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün güclü potensial yaranıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov "Medinex - 2023" sərgisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əldə edilən uğurlu nailiyyətlər tibb ocaqlarının qabaqcıl dünya ölkələrinin səhiyyə sisteminə transformasiyasına zəmin yaradıb: "Tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirilən islahatlar səhiyyə sahəsində beynəlxalq təcrübəyə əsaslanan müasir yanaşmanı tələb edir. TƏBİB də bu istiqamətdə bir çox işlər görüb. Son üç ildə şəhər və rayonlarımızda 256 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb, həmçinin ilkin səhiyyə xidmətlərinin çeşidləri artırılıb".
V.Qurbanov vurğulayıb ki, 80 tibb müəssisəsində laborator-diaqnostik xidmətlər yenidən təşkil edilib və laborator müayinələrin sayı 3 dəfədən çox artırılıb. Xəstəxanaların müasir tibbi avadanlıqlarla təmin olunması və kadr islahatları ilə bağlı görülən işlər nəticəsində ötən müddət ərzində stasionar cərrahi əməliyyat sayında 60% artım müşahidə edilib. Aylıq ortalama stasionar cərrahi əməliyyat sayı 10 mindən 16 minə qədər yüksəlib. Tibb sahəsində innovasiyaların, elmi nailiyyətlərin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Əlbəttə ki, kadrların bu istiqamətdə peşəkarlıq səviyyəsinin artırılması böyük rol oynayır. Ötən müddətdə TƏBİB tabeliyində olan 15 tibb müəssisəsində xarici ölkələrdə təhsil alan 79 həkim-mütəxəssis işə qəbul edilib.
"Bu gün Qarabağ və Şərqi Zəngəzurda tibbi xidmətin təşkili istiqamətində Ağalı, Hadrut, Laçın, Talış, Cəbrayıl Ailə Sağlamlıq Mərkəzləri, Şuşa Modul Tipli Xəstəxana fəaliyyət göstərir. Eyni zamanda, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin müayinələrdən keçirilməsi də TƏBİB tərəfindən təmin edilir", - qurum rəhbəri əlavə edib.
Xəbər lenti
0