https://sputnik.az/20231103/amea-nin-nizamnamesi-tesdiqlenib-460244267.html
AMEA-nın Nizamnaməsi təsdiqlənib
AMEA-nın Nizamnaməsi təsdiqlənib
Sputnik Azərbaycan
Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyət istiqamətləri təsdiqlənib. 03.11.2023, Sputnik Azərbaycan
2023-11-03T20:57+0400
2023-11-03T20:57+0400
2023-11-03T21:00+0400
elm
amea
amea
nizamnamə
fərman
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_0:0:2000:1125_1920x0_80_0_0_cd6cb62251a246971fc3b307239a9b18.jpg
BAKI, 3 noyabr - Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağında qəbul olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq edilib.Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyət istiqamətləri təsdiqlənib.Akademiyanın nizamnaməsinə əsasən, qurumun fəaliyyət istiqamətləri aşağıdakılardır:- elm sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;- Akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlərinin seçkilərini təşkil etmək və keçirmək;- həyata keçirdiyi elmi tədqiqatların Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair milli prioritetlərə və inkişaf strategiyasına uyğun təşkilini və inkişafını təmin etmək;- elmi potensialın formalaşdırılması və qorunması mühitini təmin etmək;- elmi innovasiyanı və elmin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;- strukturuna daxil olan elmi müəssisələrdə elmi-metodik və elmi təşkilati işlər həyata keçirmək.Nizamnaməyə əsasən, təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycanın iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədidir.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vəzifələri də müəyyənləşib.Akademiyanın nizamnaməsinə əsasən, müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Akademiyanın vəzifələri aşağıdakı kimidir:- elm sahəsində normativ hüquqi aktların, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında, bu sahənin prioritet inkişaf istiqamətlərinin və inkişaf strategiyasının müəyyənləşdirilməsində iştirak etmək;- elmi tədqiqatlar aparılmasını təşkil və təmin etmək, elmi tədqiqatların elm sahəsində dövlət siyasətinin əsas prioritetlərinə uyğun təşkilinə dəstək vermək;- ekspertizalar, o cümlədən elmi ekspertizalar təşkil etmək və keçirmək;- elm sahəsində islahatlar aparılmasında, elmi infrastrukturun təkmilləşdirilməsində və elmin maddi-texniki bazasının müasirləşdirilməsində iştirak etmək;- Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Akademiyanın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;- Azərbaycan dilinin qorunmasında, azərbaycançılıq və milli dövlətçilik ideologiyasının elmi əsaslarının işlənib hazırlanmasında iştirak etmək, bu istiqamətdə ardıcıl və sistemli tədqiqatlar aparmaq;- Azərbaycan ədəbi-ictimai fikrinin, mədəniyyətinin, tarixi-mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və inkişaf etdirilməsinə dair elmi tədqiqatlar həyata keçirmək;- görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin elmi irsini, şəxsi arxivlərini, əlyazmalarını, tarixi əhəmiyyət kəsb edən digər materialları qoruyub saxlamaq və istifadə üçün təqdim etmək, elmi məktəbləri inkişaf etdirmək;- apardığı elmi tədqiqat işlərini elmin prioritet inkişaf sahələrinə və istiqamətlərinə uyğunlaşdırmaq;- sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri Akademiyanın inkişafına və əməkdaşlarının sosial müdafiəsinə yönəltmək;- elmi innovasiyanı təşviq etmək;- elmi müəssisə və təşkilatlarla, ali təhsil müəssisələri ilə, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklər və digər hüquqi şəxslərlə əməkdaşlıq etmək, sahələrarası elmi tədqiqat işlərini inkişaf etdirmək;- kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;- Akademiyanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;- Akademiyaya ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadəni təmin etmək;- Akademiyanın informasiya təminatını təşkil və onun təhlükəsizliyini təmin etmək;- Akademiyanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;- qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_168:0:1941:1330_1920x0_80_0_0_2bd1b195aa1cfb504196b4c653a264b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
amea, amea, nizamnamə, fərman, prezident ilham əliyev
amea, amea, nizamnamə, fərman, prezident ilham əliyev
AMEA-nın Nizamnaməsi təsdiqlənib
20:57 03.11.2023 (Yenilənib: 21:00 03.11.2023) Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyət istiqamətləri təsdiqlənib.
BAKI, 3 noyabr - Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi Yığıncağında qəbul olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının
Nizamnaməsi” təsdiq edilib.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.
Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyət istiqamətləri təsdiqlənib.
Akademiyanın nizamnaməsinə əsasən, qurumun fəaliyyət istiqamətləri aşağıdakılardır:
- elm sahəsində dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
- Akademiyanın həqiqi, müxbir, xarici və fəxri üzvlərinin seçkilərini təşkil etmək və keçirmək;
- həyata keçirdiyi elmi tədqiqatların Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair milli prioritetlərə və inkişaf strategiyasına uyğun təşkilini və inkişafını təmin etmək;
- elmi potensialın formalaşdırılması və qorunması mühitini təmin etmək;
- elmi innovasiyanı və elmin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- strukturuna daxil olan elmi müəssisələrdə elmi-metodik və elmi təşkilati işlər həyata keçirmək.
Nizamnaməyə əsasən, təbiət, cəmiyyət və insan haqqında yeni biliklər əldə etməklə, Azərbaycanın iqtisadi, sosial, mədəni və innovativ inkişafına xidmət göstərmək Akademiyanın fəaliyyətinin əsas məqsədidir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vəzifələri də müəyyənləşib.
Akademiyanın nizamnaməsinə əsasən, müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Akademiyanın vəzifələri aşağıdakı kimidir:
- elm sahəsində normativ hüquqi aktların, dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında, bu sahənin prioritet inkişaf istiqamətlərinin və inkişaf strategiyasının müəyyənləşdirilməsində iştirak etmək;
- elmi tədqiqatlar aparılmasını təşkil və təmin etmək, elmi tədqiqatların elm sahəsində dövlət siyasətinin əsas prioritetlərinə uyğun təşkilinə dəstək vermək;
- ekspertizalar, o cümlədən elmi ekspertizalar təşkil etmək və keçirmək;
- elm sahəsində islahatlar aparılmasında, elmi infrastrukturun təkmilləşdirilməsində və elmin maddi-texniki bazasının müasirləşdirilməsində iştirak etmək;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Akademiyanın səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;
- Azərbaycan dilinin qorunmasında, azərbaycançılıq və milli dövlətçilik ideologiyasının elmi əsaslarının işlənib hazırlanmasında iştirak etmək, bu istiqamətdə ardıcıl və sistemli tədqiqatlar aparmaq;
- Azərbaycan ədəbi-ictimai fikrinin, mədəniyyətinin, tarixi-mədəni irsinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunmasına və inkişaf etdirilməsinə dair elmi tədqiqatlar həyata keçirmək;
- görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin elmi irsini, şəxsi arxivlərini, əlyazmalarını, tarixi əhəmiyyət kəsb edən digər materialları qoruyub saxlamaq və istifadə üçün təqdim etmək, elmi məktəbləri inkişaf etdirmək;
- apardığı elmi tədqiqat işlərini elmin prioritet inkişaf sahələrinə və istiqamətlərinə uyğunlaşdırmaq;
- sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirləri Akademiyanın inkişafına və əməkdaşlarının sosial müdafiəsinə yönəltmək;
- elmi innovasiyanı təşviq etmək;
- elmi müəssisə və təşkilatlarla, ali təhsil müəssisələri ilə, təsis sənədlərində elmi fəaliyyət nəzərdə tutulan ictimai birliklər və digər hüquqi şəxslərlə əməkdaşlıq etmək, sahələrarası elmi tədqiqat işlərini inkişaf etdirmək;
- kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;
- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;
- Akademiyanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
- Akademiyaya ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadəni təmin etmək;
- Akademiyanın informasiya təminatını təşkil və onun təhlükəsizliyini təmin etmək;
- Akademiyanın strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
- qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
- Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.