https://sputnik.az/20231102/xezer-denizi-seviyyesinin-en-cox-qalxma-ve-enme-tarixleri-aciqlanib-460181036.html
Xəzər dənizi səviyyəsinin ən çox qalxma və enmə tarixləri açıqlanıb
Xəzər dənizi səviyyəsinin ən çox qalxma və enmə tarixləri açıqlanıb
Sputnik Azərbaycan
Çıxış yolu həm yerli, həm xəzəryanı ölkələrin mütəxəssislərinin, eləcə də beynəlxalq ekspertlərin mövcud problemin həllinə cəlb edilməsi və birgə həll... 02.11.2023, Sputnik Azərbaycan
2023-11-02T11:55+0400
2023-11-02T11:55+0400
2023-11-02T11:55+0400
xəzər dənizi
cəmiyyət
səviyyə
metr
enmə
https://cdnn1.img.sputnik.az/img/41444/32/414443201_0:592:5639:3764_1920x0_80_0_0_1e8636c187d3b789975a2d2367c4d98d.jpg
BAKI, 2 noyabr — Sputnik. "Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi ilə bağlı Milli Hidrometeorologiya Xidməti, AMEA və aidiyyəti elm və təhsil müəssislərində çoxsaylı tədqiqatlar, araşdırmalar aparılsa da, hələ ki kifayət qədər qeyri-müəyyənliklər qalmaqdadır". Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə Ekspert Qrupunun iclasında deyib. O bildirib ki, çıxış yolu həm yerli, həm xəzəryanı ölkələrin mütəxəssislərinin, eləcə də beynəlxalq ekspertlərin mövcud problemin həllinə cəlb edilməsi və birgə həll yollarının araşdırılmasıdır:Xidmət rəisi vurğulayıb ki, ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib:"2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb. Hazırda Xəzər dənizinin səviyyəsi fəsilə uyğun olaraq Baltik sistemi ilə 28,79 metrə bərabərdir".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41444/32/414443201_620:0:5639:3764_1920x0_80_0_0_042e991d5bf317d5d3f9ddc2441cfd1e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəzər dənizi, səviyyə, metr, enmə
xəzər dənizi, səviyyə, metr, enmə
Xəzər dənizi səviyyəsinin ən çox qalxma və enmə tarixləri açıqlanıb
Çıxış yolu həm yerli, həm xəzəryanı ölkələrin mütəxəssislərinin, eləcə də beynəlxalq ekspertlərin mövcud problemin həllinə cəlb edilməsi və birgə həll yollarının araşdırılmasıdır.
BAKI, 2 noyabr — Sputnik. "Xəzər dənizinin səviyyəsinin sürətlə enməsi ilə bağlı Milli Hidrometeorologiya Xidməti, AMEA və aidiyyəti elm və təhsil müəssislərində çoxsaylı tədqiqatlar, araşdırmalar aparılsa da, hələ ki kifayət qədər qeyri-müəyyənliklər qalmaqdadır".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə Ekspert Qrupunun iclasında deyib.
O bildirib ki, çıxış yolu həm yerli, həm xəzəryanı ölkələrin mütəxəssislərinin, eləcə də beynəlxalq ekspertlərin mövcud problemin həllinə cəlb edilməsi və birgə həll yollarının araşdırılmasıdır:
"Müşahidələrimizin nəticələri göstərir ki, ötən əsrin ikinci yarısında Xəzər dənizində baş verən səviyyə tərəddüdləri müvəqqəti xarakter daşıyıb. 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə, Baltik sistemi ilə 29 metrə qədər azalıb və sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artaraq 26,5 metrə çatıb. 1995-ci ildən dəniz səviyyəsində yenidən azalma müşahidə olunmağa başlanıb".
Xidmət rəisi vurğulayıb ki, ən gözəçarpan azalma (1 metrə yaxın) 2006-2015-ci illərdə baş verib:
"2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb. Hazırda Xəzər dənizinin səviyyəsi fəsilə uyğun olaraq Baltik sistemi ilə 28,79 metrə bərabərdir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.