CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səkkiz azərbaycanlı Qəzza sektorunu tərk edəcək - KİV

© Sputnik / Murad OrujovВиза в паспорте гражданина Азербайджана, фото из архива
Виза в паспорте гражданина Азербайджана, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Abunə olmaq
Fələstinin Qəzza zolağı HƏMAS silahlılarının İsrailin cənubundakı hücumundan sonra 25 gündür İsrail ordusu tərəfindən intensiv bombardmana məruz qalıb.
BAKI, 2 noyabr — Sputnik. RİA Novosti-nin Rəfah keçid məntəqəsinin administrasiyasından aldığı Misirə təxliyə icazəsi almış şəxslərin siyahısına əsasən, noyabrın 2-də Qəzza zolağından çıxa biləcək əcnəbilərin siyahısına 8 Azərbaycan vətəndaşı daxildir.
Bildirilir ki, Qəzza zolağında olan digər ölkə vətəndaşlığı olan 600-ə yaxın şəxsin adının yer aldığı siyahıda 8 Azərbaycan vətəndaşının adı var.
Fələstinin Qəzza zolağı HƏMAS silahlılarının İsrailin cənubundakı hücumundan sonra 25 gündür İsrail ordusu tərəfindən intensiv bombardmana məruz qalıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən Qəzza zolağında 8,7 mindən çox insan həlak olub, 22 mindən çox insan yaralanıb, onların 73%-i qadın, uşaq və qocalardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0