https://sputnik.az/20231102/rusiyanin-fab-1500-leri-ukrayna-hava-hucumundan-mudafie-sistemlerine-tehluke-olacaq-460174426.html
Rusiyanın FAB-1500-ləri Ukrayna hava hücumundan müdafiə sistemlərinə təhlükə olacaq
Rusiyanın FAB-1500-ləri Ukrayna hava hücumundan müdafiə sistemlərinə təhlükə olacaq
Sputnik Azərbaycan
Nəşr qeyd edib ki, yeni silah 20 metrə qədər dərinlikdəki bunkerləri məhv etməyə qadirdir. 02.11.2023, Sputnik Azərbaycan
2023-11-02T14:01+0400
2023-11-02T14:01+0400
2023-11-02T14:01+0400
rusiya
hərbi
bomba
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460174254_0:316:3079:2048_1920x0_80_0_0_404292931c92881989c3c257b1213b28.jpg
BAKI, 1 noyabr — Sputnik. Rusiyanın yeni FAB-1500 hava bombaları Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ciddi təzyiq göstərəcək. Bu barədə "Newsweek" nəşri məlumat yayıb. Onlar qeyd ediblər ki, Su-34, Su-30 və Su-35 qırıcılarından buraxıla bilən Rusiya aviabombaları 20 metrə qədər dərinlikdəki bunkerləri məhv etməyə və üç metr dəmir-betondan keçməyə qadirdir. Jurnalistlər həmçinin vurğulayıblar ki, Rusiya qoşunları FAB-500 aviabombasının kiçik versiyasından istifadə etməyə başlayanda Ukrayna artıq həyəcan təbili çalıb. Bu yaxınlarda "Times" qəzeti Kiyevdə hava hücumundan müdafiə raketlərinin çatışmazlığı səbəbindən fəlakətin baş verə biləcəyini yazıb. İngiltərə mediasının proqnozlarına görə, Rusiya qoşunları Ukraynadakı bütün enerji infrastrukturunu məhv edə biləcək, buna görə də qarşıdan gələn qış əvvəlkindən daha ağır keçəcək. "The New York Times" bu yaxınlarda yazıb ki, Ukraynanın hava hücumundan müdafiə vasitələrinə böyük ehtiyacı var və bu səbəbdən o, ABŞ-dan "FrankenSAM" layihəsinin həyata keçirilməsini xahiş edir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/02/460174254_317:0:3048:2048_1920x0_80_0_0_67fcce7b90a8a09db7abcb2d355e7daa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, bomba, ukrayna
Rusiyanın FAB-1500-ləri Ukrayna hava hücumundan müdafiə sistemlərinə təhlükə olacaq
Nəşr qeyd edib ki, yeni silah 20 metrə qədər dərinlikdəki bunkerləri məhv etməyə qadirdir.
BAKI, 1 noyabr — Sputnik. Rusiyanın yeni FAB-1500 hava bombaları Ukraynanın hava hücumundan müdafiə sistemlərinə ciddi təzyiq göstərəcək. Bu barədə "Newsweek" nəşri məlumat yayıb.
"Yeni nəhəng idarə olunan bombalar Moskvanın silah arsenalını dolduracaq və Ukraynanın hava hücumundan müdafiə sistemlərinə təzyiq göstərəcək", - deyə nəşrin müəllifləri yazırlar.
Onlar qeyd ediblər ki, Su-34, Su-30 və Su-35 qırıcılarından buraxıla bilən Rusiya aviabombaları 20 metrə qədər dərinlikdəki bunkerləri məhv etməyə və üç metr dəmir-betondan keçməyə qadirdir.
Jurnalistlər həmçinin vurğulayıblar ki, Rusiya qoşunları FAB-500 aviabombasının kiçik versiyasından istifadə etməyə başlayanda Ukrayna artıq həyəcan təbili çalıb.
Bu yaxınlarda "Times" qəzeti Kiyevdə hava hücumundan müdafiə raketlərinin çatışmazlığı səbəbindən fəlakətin baş verə biləcəyini yazıb. İngiltərə mediasının proqnozlarına görə, Rusiya qoşunları Ukraynadakı bütün enerji infrastrukturunu məhv edə biləcək, buna görə də qarşıdan gələn qış əvvəlkindən daha ağır keçəcək.
"The New York Times" bu yaxınlarda yazıb ki, Ukraynanın hava hücumundan müdafiə vasitələrinə böyük ehtiyacı var və bu səbəbdən o, ABŞ-dan "FrankenSAM" layihəsinin həyata keçirilməsini xahiş edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.