NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Rusiya və Qazaxıstan qaz tədarükü haqqında müqavilə imzalamağı planlaşdırır

© AFP 2024 / SEBASTIEN BOZONqaz
qaz - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Abunə olmaq
Nazir qeyd edib ki, Rusiya qazının üçüncü ölkələrə tranziti də nəzərdən keçirilir, lakin o, konkret istiqamətləri açıqlamayıb.
BAKI, 2 noyabr — Sputnik. Rusiya və Qazaxıstan 3 milyard kubmetr qaz haqqında saziş imzalamağı planlaşdırır. Bu barədə TASS-a Qazaxıstanın baş nazirinin birinci müavini Roman Sklyar Peterbur Beynəlxalq qaz forumunun kuluarında bildirib.
"Biz bunu gələn ilin ortalarında müzakirə edəcəyik. İndi təxminən 3 milyard kubmetr tədarükə dair imza atacağıq, sonra da müzakirə edəcəyik" - deyə o bildirib.
O əlavə edib ki, Rusiya qazının üçüncü ölkələrə tranziti də nəzərdən keçirilir, lakin o, konkret istiqamətləri açıqlamayıb.
"Bu, bir prosesdir, biz danışıqlar mərhələsindəyik. Biz bütün istiqamətləri müzakirə edirik", - o əlavə edib.
Xəbər lenti
0