https://sputnik.az/20231102/onkoloji-xesteliklerin-tibbi-sigorta-ile-mualice-olunmasi-teklifine-munasibet-460188126.html
Onkoloji xəstəliklərin tibbi sığorta ilə müalicə olunması təklifinə münasibət
Onkoloji xəstəliklərin tibbi sığorta ilə müalicə olunması təklifinə münasibət
Sputnik Azərbaycan
Ümid edirəm ki, bu ilin sonuna qədər əlimizdə müəyyən hesablama və nəticə olacaq. 02.11.2023, Sputnik Azərbaycan
2023-11-02T12:37+0400
2023-11-02T12:37+0400
2023-11-02T12:47+0400
onkoloji xəstəlik
səhiyyə
icbari tibbi sığorta üzrə dövlət agentliyi
səhiyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42308/98/423089845_0:0:3640:2048_1920x0_80_0_0_4069e286d632fd90ed4a60611d03849f.jpg
BAKI, 2 noyabr — Sputnik. "Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində olması üçün bir neçə görüşlər keçirilib. Hazırda hesablamalar aparılır". Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, sığorta dəqiq hesablamalar tələb edir:"Xarici ölkələrdən də bu işə mütəxəssislər cəlb edilib. Hazırda Türkiyədən mütəxəssislər gözləyirik. Ümid edirəm ki, bu ilin sonuna qədər əlimizdə müəyyən hesablama və nəticə olacaq. Bunun nəticəsində məlum olacaq ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta çərçivəsində neçə qarşılanacaq. Adətən ən çox müraciət olunan xəstəliklər nəzərə alınır. Bu gün ölkədə əsasən süd vəzi xərçəngi geniş yayılıb. Yəqin ki, ilk sıralarda həmin xəstəlik nəzərə alınacaq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/98/423089845_547:0:3278:2048_1920x0_80_0_0_f8aeab2ca331f4bfccb3934f9eb26a6a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
onkoloji xəstəlik, icbari tibbi sığorta üzrə dövlət agentliyi, səhiyyə nazirliyi
onkoloji xəstəlik, icbari tibbi sığorta üzrə dövlət agentliyi, səhiyyə nazirliyi
Onkoloji xəstəliklərin tibbi sığorta ilə müalicə olunması təklifinə münasibət
12:37 02.11.2023 (Yenilənib: 12:47 02.11.2023) Ümid edirəm ki, bu ilin sonuna qədər əlimizdə müəyyən hesablama və nəticə olacaq.
BAKI, 2 noyabr — Sputnik. "Səhiyyə Nazirliyi və aidiyyəti qurumlarla onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində olması üçün bir neçə görüşlər keçirilib. Hazırda hesablamalar aparılır".
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sığorta dəqiq hesablamalar tələb edir:
"Xarici ölkələrdən də bu işə mütəxəssislər cəlb edilib. Hazırda Türkiyədən mütəxəssislər gözləyirik. Ümid edirəm ki, bu ilin sonuna qədər əlimizdə müəyyən hesablama və nəticə olacaq. Bunun nəticəsində məlum olacaq ki, onkoloji xəstəliklərin müalicəsi icbari tibbi sığorta çərçivəsində neçə qarşılanacaq. Adətən ən çox müraciət olunan xəstəliklər nəzərə alınır. Bu gün ölkədə əsasən süd vəzi xərçəngi geniş yayılıb. Yəqin ki, ilk sıralarda həmin xəstəlik nəzərə alınacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.