https://sputnik.az/20231102/maliyye-naziri-neft-sahesinde-qiymet-faktoru-olduqca-riskli-sayilir-460180337.html
Maliyyə naziri: Neft sahəsində qiymət faktoru olduqca riskli sayılır
Maliyyə naziri: Neft sahəsində qiymət faktoru olduqca riskli sayılır
Sputnik Azərbaycan
Növbəti ilin dövlət büdcəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdış üçün müəyyən edilmiş tədbirlərin icrası üçün prioritet xərc... 02.11.2023, Sputnik Azərbaycan
2023-11-02T11:44+0400
2023-11-02T11:44+0400
2023-11-02T11:48+0400
iqtisadiyyat
iqtisadiyyat
büdcə
neft
samir şərifov
nazir
https://cdnn1.img.sputnik.az/img/41192/22/411922285_0:0:2001:1125_1920x0_80_0_0_10ffd5d8b16d4dd23da99d34fb7ee9c2.jpg
BAKI, 2 noyabr — Sputnik. 2024-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Milli Məclisdə müzakirəsi bütün ölkə üzrə suverenliyin bərpasını yaşadığımız bu günlərə təsadüf edir. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, bu layihələr regionumuzda yaranan reallıqlar nəzərə alınmaqla, ölkəmizin güclü milli iqtisadi resurslara söykənərək inkişafına zəmin yaradacaq:Daha sonra nazir bildirib ki, vergi daxilolmalarının da azalması müşahidə olunur. Bununla yanaşı hazırda dünya enerji bazarlarında mövcud olan əlverişli qiymət konyukturasında neft istehsalının azalması, təbii qaz hasilatının artması neft sahəsində olan azalmanın kompensasiyası sayıla bilər."Bunlar dövlət büdcəsinə neft-qaz sahəsindən vergi gəlirlərinin 420 milyon manat məbləğində artmasına, yaxud azalmasına gətirib çıxara bilər. Neft sahəsində qiymət faktoru olduqca riskli sayılır. Ona görə dövlət büdcəsinin proqnozlaşdırılması zamanı neft qiymətlərində artımı əsas kimi dəyərləndirməməliyik", - deyə S.Şərifov bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41192/22/411922285_105:0:1812:1280_1920x0_80_0_0_e86c6e22b39a1d940c7bcfd54db938bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iqtisadiyyat, büdcə, neft, samir şərifov, nazir
iqtisadiyyat, büdcə, neft, samir şərifov, nazir
Maliyyə naziri: Neft sahəsində qiymət faktoru olduqca riskli sayılır
11:44 02.11.2023 (Yenilənib: 11:48 02.11.2023) Növbəti ilin dövlət büdcəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdış üçün müəyyən edilmiş tədbirlərin icrası üçün prioritet xərc istiqamətləri nəzərdə tutulub.
BAKI, 2 noyabr — Sputnik. 2024-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin Milli Məclisdə müzakirəsi bütün ölkə üzrə suverenliyin bərpasını yaşadığımız bu günlərə təsadüf edir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu layihələr regionumuzda yaranan reallıqlar nəzərə alınmaqla, ölkəmizin güclü milli iqtisadi resurslara söykənərək inkişafına zəmin yaradacaq:
"Növbəti ilin dövlət büdcəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, Böyük Qayıdış üçün müəyyən edilmiş tədbirlərin icrası üçün prioritet xərc istiqamətləri nəzərdə tutulub. Əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyi, səfərbərlik ehtiyatlarının formalaşdırılması xərcləri də layihədə yer alıb. Dünya enerji bazarında volatilliyin hökm sürməsi, təbii qazın qiymətinin enməsi kimi bir sıra mühüm faktorlar layihələr hazırlananda nəzərə alınıb".
Daha sonra nazir bildirib ki, vergi daxilolmalarının da azalması müşahidə olunur. Bununla yanaşı hazırda dünya enerji bazarlarında mövcud olan əlverişli qiymət konyukturasında neft istehsalının azalması, təbii qaz hasilatının artması neft sahəsində olan azalmanın kompensasiyası sayıla bilər.
"Bunlar dövlət büdcəsinə neft-qaz sahəsindən vergi gəlirlərinin 420 milyon manat məbləğində artmasına, yaxud azalmasına gətirib çıxara bilər. Neft sahəsində qiymət faktoru olduqca riskli sayılır. Ona görə dövlət büdcəsinin proqnozlaşdırılması zamanı neft qiymətlərində artımı əsas kimi dəyərləndirməməliyik", - deyə S.Şərifov bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.