CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Jurnalistlərə qarşı cinayətlərə görə cəzasızlığa son qoyulması günüdür

© Depositphotos.com / KaninstudioHərbi münaqişə zonasında mətbuat nümayəndəsi, arxiv
Hərbi münaqişə zonasında mətbuat nümayəndəsi, arxiv - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Abunə olmaq
2014-cü ilin Maydan hadisələrindən sonra Ukrayna-Rusiya münaqişəsi zonasında həlak olan media nümayəndələri barədə videoda baxın.
BAKI, 2 noyabr — Sputnik. 2 noyabr dünyada "Jurnalistlərə qarşı Cinayətlərə Cəzasızlığa Son" günü kimi qeyd edilir. UNESCO-nun hesabatına görə, 1993-cü ildən bu yana dünyada 1400-dən çox jurnalist öldürülüb. Öldürülən hər 10 jurnalistdən yalnız birinin qatili məsuliyyətə cəlb edilib. 2022-ci ildə dünyada 57 jurnalist öldürülüb.
Qeyd edək ki, bütün bu müddət ərzində Ukraynada da media işçiləri öldürülür, amma dünya ictimaiyyəti tərəfindən buna praktiki olaraq reaksiya yoxdur.
Belə ki, 2014-cü ilin Maydan hadisələrindən sonra Ukrayna-Rusiya münaqişə zonasında bu və ya digər şəkildə 18 jurnalist həlak olub.
Statista.com məcmuəsinin məlumatılarına görə, bölgələr üzrə jurnalist ölümlərinin statistikası göstərir ki, 2020-ci ildə İraqda altı, Pakistanda və Hindistanda 4 jurnalist qətlə yetirilib. Təəssüf ki, onların bəzisi xüsusilə vəhşicəsinə öldürülüb.
Jurnalistlər üçün dünyanın ən təhlükəli ölkəsi 2020-ci ildə səkkiz jurnalistin öldürüldüyü Meksikadır. Meksikada jurnalistlər siyasi korrupsiyanı ifşa etməyə və ya ictimailəşdirməyə cəhd etdiklərinə görə tez-tez həbs olunur, hədələnir və öldürülürlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0