https://sputnik.az/20231102/herbi-ekspert-rusiya-serqi-avropa-olkeleri-ucun-hec-bir-tehluke-yaratmir-460131246.html
Hərbi ekspert: Rusiya Şərqi Avropa ölkələri üçün heç bir təhlükə yaratmır
Hərbi ekspert: Rusiya Şərqi Avropa ölkələri üçün heç bir təhlükə yaratmır
Sputnik Azərbaycan
Polkovnik Makqreqorun fikrincə, ABŞ öz qoşunlarını Avropada boş yerə yerləşdirib. 02.11.2023, Sputnik Azərbaycan
2023-11-02T08:02+0400
2023-11-02T08:02+0400
2023-11-02T08:02+0400
abş
dünya xəbərləri
rusiya
putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/42303/79/423037969_0:0:3072:1728_1920x0_80_0_0_816f57818d5f7c597d732475ec5bc3d9.jpg
BAKI, 2 noyabr - Sputnik. ABŞ öz hərbi kontingentini Şərqi Avropada boşuna yerləşdirib, çünki Rusiya başqa ölkələrə hücum etməyi planlaşdırmayıb və etməyi də planlaşdırmayacaq. Bunu Pentaqonun rəhbərinin sabiq müşaviri, polkovnik Duqlas Makqreqor "X" sosial şəbəkədəki səhifəsində yazıb. "ABŞ-ın döyüş gücünün böyük hissəsi Polşa, Rumıniya və Baltikyanı ölkələrdə mənasız şəkildə yerləşdirilib və bu, Şərqi Avropaya hücum etmək niyyəti olmayan Rusiyadan qorunmaq üçün nəzərdə tutulub", - deyə ekspert qeyd edib. Polkovnik əlavə edib ki, bu siyasətə görə indi ABŞ qoşunları son 30 ildə olduğundan daha kiçikdir və ABŞ artıq 1991-ci ildə olduğu kimi beş min qırıcını və yüzlərlə bombardmançını havaya qaldıra bilməz. Makqreqor vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin qonşu ölkələrlə münaqişəyə girmək istəmir və Ukraynada yalnız Rusiya xalqına qarşı olan zülmü dayandırmaq məqsədi güdür. Öz növbəsində Putin özü də dəfələrlə qeyd edib ki, Rusiya dünyanın ən böyük ölkəsidir və onun inkişaf etdirilməsi üçün kifayət qədər öz əraziləri var, ona görə də o, yeni ərazilərin ələ keçirilməsində qətiyyən maraqlı deyil.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42303/79/423037969_277:0:3008:2048_1920x0_80_0_0_56f63813c9565589393e15f3b044b8f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş, rusiya, putin, vladimir putin
abş, rusiya, putin, vladimir putin
Hərbi ekspert: Rusiya Şərqi Avropa ölkələri üçün heç bir təhlükə yaratmır
Polkovnik Makqreqorun fikrincə, ABŞ öz qoşunlarını Avropada boş yerə yerləşdirib.
BAKI, 2 noyabr - Sputnik. ABŞ öz hərbi kontingentini Şərqi Avropada boşuna yerləşdirib, çünki Rusiya başqa ölkələrə hücum etməyi planlaşdırmayıb və etməyi də planlaşdırmayacaq.
Bunu Pentaqonun rəhbərinin sabiq müşaviri, polkovnik Duqlas Makqreqor "X" sosial şəbəkədəki səhifəsində yazıb.
"ABŞ-ın döyüş gücünün böyük hissəsi Polşa, Rumıniya və Baltikyanı ölkələrdə mənasız şəkildə yerləşdirilib və bu, Şərqi Avropaya hücum etmək niyyəti olmayan Rusiyadan qorunmaq üçün nəzərdə tutulub", - deyə ekspert qeyd edib.
Polkovnik əlavə edib ki, bu siyasətə görə indi ABŞ qoşunları son 30 ildə olduğundan daha kiçikdir və ABŞ artıq 1991-ci ildə olduğu kimi beş min qırıcını və yüzlərlə bombardmançını havaya qaldıra bilməz.
Makqreqor vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin qonşu ölkələrlə münaqişəyə girmək istəmir və Ukraynada yalnız Rusiya xalqına qarşı olan zülmü dayandırmaq məqsədi güdür.
Öz növbəsində Putin özü də dəfələrlə qeyd edib ki, Rusiya dünyanın ən böyük ölkəsidir və onun inkişaf etdirilməsi üçün kifayət qədər öz əraziləri var, ona görə də o, yeni ərazilərin ələ keçirilməsində qətiyyən maraqlı deyil.