Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ermənistan öz ərazisindən keçən kommunikasiyaları qorumaq üçün xüsusi bölmə yaradıb

© Sputnikİrəvan-Mehri yolu, arxiv şəkli
İrəvan-Mehri yolu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Abunə olmaq
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin tərkibində bölmə yaradılıb, onun funksiyası Ermənistan ərazisindən keçən regional və beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək olmalıdır.
BAKI, 2 noyabr — Sputnik. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) tərkibində Ermənistan ərazisindən keçən beynəlxalq və regional kommunikasiyaların təhlükəsizliyini təmin edən xüsusi bölmə yaradılıb.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin tərkibində bölmə yaradılıb, onun funksiyası Ermənistan ərazisindən keçən regional və beynəlxalq kommunikasiyaların təhlükəsizliyini təmin etmək olmalıdır. Nəzərinizə çatdırım ki, bu bölmə artıq yaradılıb. Əvvəl biz bunun üçün müəyyən hazırlıq işləri həyata keçirmişik. Lakin bu gün biz deyə bilərik ki, bu bölmə artıq yaradılıb və dünən işə başlayıb".

Xatırladaq ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da imzaladığı üçtərəfli bəyanatın 9-cu bəndində qeyd olunur ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.
Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0