https://sputnik.az/20231102/bu-heftesonu-bakida-bas-tutacaq-7-en-yaxsi-tedbir-460195490.html
Bu həftəsonu Bakıda baş tutacaq 7 ən yaxşı tədbir
Bu həftəsonu Bakıda baş tutacaq 7 ən yaxşı tədbir
Sputnik Azərbaycan
Azərbaycan paytaxtında hansı tamaşalara, turnirlərə və şoulara baxmaq olar – “Sputnik Azərbaycan”ın həftəlik afişasında. 02.11.2023, Sputnik Azərbaycan
2023-11-02T15:04+0400
2023-11-02T15:04+0400
2023-11-02T15:04+0400
bakı
mədəniyyət
tədbir
konsert
heydər əliyev sarayı
opera
studiya
milli gimnastika arenası
azərbaycan dövlət filarmoniyası
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459178810_0:167:3046:1880_1920x0_80_0_0_d254b4e6edf7abe29e34c93d3219a99c.jpg
BAKI, 2 noyabr — Sputnik. Həftənin sonunda Bakıda bir sıra maraqlı mədəni və idman tədbirləri, o cümlədən yubileylərə həsr olunmuş tədbirlər keçiriləcək. Cümə, 3 noyabr Yohans Bramsın yubileyi. Azərbaycan Dövlət Akademik Filarmoniyasında alman bəstəkarı və pianoçusunun 150 illik yubileyi qeyd olunacaq. Konsertdə Azərbaycan Respublikasının xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Solistlər: Mariya Solozobova (İsveçrə) və Mixe Ryo (Koreya). Tədbir saat 19:00-da başlayır. “Bakı payızı 2023 – 35 il sonra”. Musiqi müsabiqəsinin finalı Heydər Əliyev Sarayında baş tutacaq. Layihə “Best Cast Talent Agency & Golden Arts entertainment”, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir. Konsertdə müsabiqənin finalçıları ölkə ulduzları ilə eyni səhnədə çıxış edəcəklər. Tədbir saat 19:00-da başlayır. Mistik triller. Teatr O2 "Don Juanın sərgüzəştləri" tək adamlıq şousunun nümayişinə ev sahibliyi edəcək. Tamaşanın rejissoru Konstantin Soldatovdur. Baş rolu rusiyalı aktrisa İrina Yakubenko ifa edir. Tamaşa iki əsəri - “Daş qonaq” və “Vəba zamanı ziyafət”i birləşdirir. Tədbir saat 19:30-da başlayır. Sirk şousu. Bakı Dövlət Sirkində Allahverdi İsrafilovun "Su feeriyası" təşkilatı ilə birgə təşkil etdiyi "Heyrətamiz şəhər" beynəlxalq su tamaşası nümayiş olunacaq. Şouda Rusiyanın məşhur sirk ustaları iştirak edəcəklər. Saat 19:00-da başlayacaq şouya 4 və 5 noyabrda da baxmaq olar. Şənbə, 4 noyabr “Rizin” Qarışıq Döyüş Sənəti (MMA) Turniri. Tədbir Milli Gimnastika Arenasında baş tutacaq. Turnirin əsas döyüşü Rizin çempionluq kəmərinin sahibi Vüqar Kərəmovla yaponiyalı Çihiro Suzuki arasında duel olacaq. Bundan başqa, Tofiq Musayev yaponiyalı Todci Takeda ilə, Nəriman Abbasov rusiyalı Əli Əbdülxəlilovla, Mehman Məmmədov amerikalı Castin Skoqqinslə döyüşəcək, Tural Rəhimovun rəqibi isə cənubi koreyalı döyüşçü Kyun Pyu Kim olacaq. Bazar günü, 5 noyabr "Həyat davam edir". Rusiyanın xalq artisti Emmanuel Vitorqan yaradıcılığının 60 illik yubileyini vətəni hesab etdiyi Bakıda qeyd edəcək. Aktyor 1939-cu il dekabrın 27-də Azərbaycanın paytaxtında anadan olub. O, Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək. Monotamaşa sənətçinin mərhum həyat yoldaşı Alla Balterə ithaf olunub. Tamaşa qeyri-adi formatda səhnələşdirilib - aksiya təkcə səhnədə deyil, həm də ekranda baş verəcək. Tədbir saat 20:00-da başlayır. Cavanşir Cavanşirov - 70 yaş. Yubiley konserti Bakı Musiqi Akademiyasının Opera Studiyasının səhnəsində baş tutacaq. Burada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Samir Cəfərov, Gülnaz İsmayılova, Afaq Abbasova, Səbinə Əsədova, Fəridə Məmmədova, Azər Rza, İlahə Əfəndiyeva, Fərid Əliyev və başqaları iştirak edəcəklər. Gecədə C. Verdi, C. Pucçini, C. Rossini, P. Maskanyi, İ. Ştrausun əsərləri səslənəcək. Tədbir saat 19:00-da başlayır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459178810_159:0:2888:2047_1920x0_80_0_0_5805c2cb6b34965dacac6de183486823.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
bakı, tədbir, konsert, heydər əliyev sarayı, opera, studiya, milli gimnastika arenası, azərbaycan dövlət filarmoniyası
bakı, tədbir, konsert, heydər əliyev sarayı, opera, studiya, milli gimnastika arenası, azərbaycan dövlət filarmoniyası
Bu həftəsonu Bakıda baş tutacaq 7 ən yaxşı tədbir
Azərbaycan paytaxtında hansı tamaşalara, turnirlərə və şoulara baxmaq olar – “Sputnik Azərbaycan”ın həftəlik afişasında.
BAKI, 2 noyabr — Sputnik. Həftənin sonunda Bakıda bir sıra maraqlı mədəni və idman tədbirləri, o cümlədən yubileylərə həsr olunmuş tədbirlər keçiriləcək.
Yohans Bramsın yubileyi. Azərbaycan Dövlət Akademik Filarmoniyasında alman bəstəkarı və pianoçusunun 150 illik yubileyi qeyd olunacaq. Konsertdə Azərbaycan Respublikasının xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Solistlər: Mariya Solozobova (İsveçrə) və Mixe Ryo (Koreya). Tədbir saat 19:00-da başlayır.
“Bakı payızı 2023 – 35 il sonra”. Musiqi müsabiqəsinin finalı Heydər Əliyev Sarayında baş tutacaq. Layihə “Best Cast Talent Agency & Golden Arts entertainment”, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir. Konsertdə müsabiqənin finalçıları ölkə ulduzları ilə eyni səhnədə çıxış edəcəklər. Tədbir saat 19:00-da başlayır.
Mistik triller. Teatr O2 "Don Juanın sərgüzəştləri" tək adamlıq şousunun nümayişinə ev sahibliyi edəcək. Tamaşanın rejissoru Konstantin Soldatovdur. Baş rolu rusiyalı aktrisa İrina Yakubenko ifa edir. Tamaşa iki əsəri - “Daş qonaq” və “Vəba zamanı ziyafət”i birləşdirir. Tədbir saat 19:30-da başlayır.
Sirk şousu. Bakı Dövlət Sirkində Allahverdi İsrafilovun "Su feeriyası" təşkilatı ilə birgə təşkil etdiyi "Heyrətamiz şəhər" beynəlxalq su tamaşası nümayiş olunacaq. Şouda Rusiyanın məşhur sirk ustaları iştirak edəcəklər. Saat 19:00-da başlayacaq şouya 4 və 5 noyabrda da baxmaq olar.
“Rizin” Qarışıq Döyüş Sənəti (MMA) Turniri. Tədbir Milli Gimnastika Arenasında baş tutacaq. Turnirin əsas döyüşü Rizin çempionluq kəmərinin sahibi Vüqar Kərəmovla yaponiyalı Çihiro Suzuki arasında duel olacaq. Bundan başqa, Tofiq Musayev yaponiyalı Todci Takeda ilə, Nəriman Abbasov rusiyalı Əli Əbdülxəlilovla, Mehman Məmmədov amerikalı Castin Skoqqinslə döyüşəcək, Tural Rəhimovun rəqibi isə cənubi koreyalı döyüşçü Kyun Pyu Kim olacaq.
"Həyat davam edir". Rusiyanın xalq artisti Emmanuel Vitorqan yaradıcılığının 60 illik yubileyini vətəni hesab etdiyi Bakıda qeyd edəcək. Aktyor 1939-cu il dekabrın 27-də Azərbaycanın paytaxtında anadan olub. O, Heydər Əliyev Sarayının səhnəsində çıxış edəcək. Monotamaşa sənətçinin mərhum həyat yoldaşı Alla Balterə ithaf olunub. Tamaşa qeyri-adi formatda səhnələşdirilib - aksiya təkcə səhnədə deyil, həm də ekranda baş verəcək. Tədbir saat 20:00-da başlayır.
Cavanşir Cavanşirov - 70 yaş. Yubiley konserti Bakı Musiqi Akademiyasının Opera Studiyasının səhnəsində baş tutacaq. Burada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Samir Cəfərov, Gülnaz İsmayılova, Afaq Abbasova, Səbinə Əsədova, Fəridə Məmmədova, Azər Rza, İlahə Əfəndiyeva, Fərid Əliyev və başqaları iştirak edəcəklər. Gecədə C. Verdi, C. Pucçini, C. Rossini, P. Maskanyi, İ. Ştrausun əsərləri səslənəcək. Tədbir saat 19:00-da başlayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.