Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu əməliyyatlar gömrük rüsumundan azad ediləcək

© iStock.com / Grigorev_VladimirGömrük, arxiv şəkli
Gömrük, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Abunə olmaq
Neft-qaz ehtiyatlarının kəşfiyyatı ilə bağlı sazişlərə uyğun olaraq, əməliyyatlar gömrük rüsumundan azad ediləcək.
BAKI, 2 noyabr — Sputnik. Svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı 3 il müddətinə vergidən azad olacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"ndə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) verdiyi təsdiqedici sənəd əsasında svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalı 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergidən azad olacaq.
Həmçinin, neft-qaz ehtiyatlarının kəşfiyyatı ilə bağlı sazişlərə uyğun olaraq, əməliyyatlar gömrük rüsumundan azad ediləcək.
Belə ki, neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasına verilməsi nəzərdə tutulan əsas fondların, daşınar əmlakın və digər aktivlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya hasilatın pay bölgüsü haqqında sazişlərdə Azərbaycan Respublikasını təmsil edən hüquqi şəxslərə hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar gömrük rüsumundan azad olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0