CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram günlərində bu istiqamətdə əlavə qatar reysi təyin edilib

© Azerbaijan Railways CJSCQatar, arxiv şəkli
Qatar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.11.2023
Abunə olmaq
Noyabrın 7-dən 11-dək Bakıdan saat 23:55-də yola düşən qatar Ağstafaya saat 06:40-da çatacaq.
BAKI, 2 noyabr — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC qarşıdan gələn bayram günlərində Bakıdan Ağstafaya axşam saatlarında, Ağstafadan Bakıya isə səhər saatlarında əlavə qatar reysilər təyin edib. Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, noyabrın 7-dən 11-dək Bakıdan saat 23:55-də yola düşən qatar Ağstafaya saat 06:40-da çatacaq.
Noyabrın 8-dən 12-dək Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya saat 15:50-də çatacaq. Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə təşkil olunacaq. Əlavə reyslər üzrə hərəkət edən qatar həmişəki dayanacaqlardan başqa, Ucar stansiyasında da dayanacaq.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:46-da Ağstafaya, əks istiqamətdə saat 17:30-da Bakıya yola düşən qatar isə saat 22:35-də mənzil başına çatır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qatar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.10.2023
CƏMİYYƏT
Bayram günlərində Bakı-Qəbələ üzrə 10 əlavə qatar reysi təyin edilib
Xəbər lenti
0