https://sputnik.az/20231102/amb-gelecek-riskleri-mehdudlasdirmaq-ucun-ucot-derecesini-asagi-saliriq-460199983.html
AMB: "Gələcək riskləri məhdudlaşdırmaq üçün uçot dərəcəsini aşağı salırıq"
AMB: "Gələcək riskləri məhdudlaşdırmaq üçün uçot dərəcəsini aşağı salırıq"
Sputnik Azərbaycan
Bankın sədri bildirib ki, plana görə, bu ilin sonuna kimi pul bazası 20 %-ədək artacaq. 02.11.2023, Sputnik Azərbaycan
2023-11-02T16:27+0400
2023-11-02T16:27+0400
2023-11-02T16:27+0400
amb
iqtisadiyyat
faiz
dəhliz
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_0:286:3011:1980_1920x0_80_0_0_70fa857dee77906e4ba82e202252cd45.jpg
BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankın (AMB) proqnozlarına görə, inflyasiya səviyyəsi növbəti orta müddətdə hədəf diapazonunda (4 %+/-2 %) olacaq. Bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib. T.Kazımov bildirib ki, orta müddət dedikdə iki il nəzərdə tutulur: Xatırladaq ki, noyabrın 1-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9 %-dən 8,5 %-ə, faiz dəhlizinin aşağı həddi 7,5 %-dən 7 %-ə, faiz dəhlizinin yuxarı həddi isə 10 %-dən 9,5 %-ə endirilib. Mərkəzi Bankın proqnozlarına görə, illik inflyasiya 2023-cü ilin sonuna 4,3 %, 2024-cü ildə 5,3 %, 2025-ci ildə isə 3,4 % olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_164:0:2895:2048_1920x0_80_0_0_59c26546f7c11b2d7ea6073d6ee28b51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
amb, faiz, dəhliz
AMB: "Gələcək riskləri məhdudlaşdırmaq üçün uçot dərəcəsini aşağı salırıq"
Bankın sədri bildirib ki, plana görə, bu ilin sonuna kimi pul bazası 20 %-ədək artacaq.
BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankın (AMB) proqnozlarına görə, inflyasiya səviyyəsi növbəti orta müddətdə hədəf diapazonunda (4 %+/-2 %) olacaq.
Bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin dövlət büdcəsinin proqnozlarının müzakirəsi zamanı deyib.
T.Kazımov bildirib ki, orta müddət dedikdə iki il nəzərdə tutulur:
"Mərkəzi bank inflyasiya səviyyəsini hər il üçün deyil, ortamüddətli dövr üçün nəzərdən keçirir. Digər tərəfdən, valyuta bazarında təklifin tələbi kəskin üstələməsi şəraitində həmçinin pul-kredit siyasətinin yumşaldılmasını aparırıq. Planımıza görə, bu ilin sonuna kimi pul bazamız 20 %-ədək artacaq. Bu da gələcəkdə makroiqtisaid sabitlik nöqteyi-nəzərdən kifayət qədər risklər yaradır. Ona görə də uçot dərəcəmizin parametrlərini aşağı salırıq ki, gələcək təsirləri məhdudlaşdıraq".
Xatırladaq ki, noyabrın 1-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9 %-dən 8,5 %-ə, faiz dəhlizinin aşağı həddi 7,5 %-dən 7 %-ə, faiz dəhlizinin yuxarı həddi isə 10 %-dən 9,5 %-ə endirilib.
Mərkəzi Bankın proqnozlarına görə, illik inflyasiya 2023-cü ilin sonuna 4,3 %, 2024-cü ildə 5,3 %, 2025-ci ildə isə 3,4 % olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.