https://sputnik.az/20231102/ali-mehkemenin-adindan-istifade-ederek-vetendaslardan-pul-alanlara-cinayet-isi-acilib-460194046.html
Ali Məhkəmənin adından istifadə edərək vətəndaşlardan pul alanlara cinayət işi açılıb
Ali Məhkəmənin adından istifadə edərək vətəndaşlardan pul alanlara cinayət işi açılıb
Sputnik Azərbaycan
Bundan sonra da Ali Məhkəmənin, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində müvafiq tədbirlər... 02.11.2023, Sputnik Azərbaycan
2023-11-02T20:09+0400
2023-11-02T20:09+0400
2023-11-02T20:09+0400
ali məhkəmə
cəmiyyət
baş prokurorluq
dələduzluq
https://cdnn1.img.sputnik.az/img/42373/95/423739546_0:0:1920:1080_1920x0_80_0_0_8244c4337146392094be76f81bad9180.jpg
BAKI, 2 noyabr — Sputnik. Ali Məhkəmənin Baş Prokurorluğuna müraciəti əsasında dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən 4 nəfər barəsində cinayət işi başlanıb. Ali Məhkəmədən verilən məlumata görə, həmin şəxslər Ali Məhkəmədə zərərçəkmişlərin tərəf olduğu işləri onların xeyrinə həll edəcəklərini vəd edərək, müəyyən məbləğdə pullarını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar. Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb. Ali Məhkəmə bildirir ki, bundan sonra da Ali Məhkəmənin, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində müvafiq tədbirlər görülməsi üçün zəruri addımlar atılacaq. Eyni zamanda, vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar qaydada məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42373/95/423739546_176:0:1763:1190_1920x0_80_0_0_3ee6a9bcb5bf809f2fc44df82295ad71.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ali məhkəmə, baş prokurorluq, dələduzluq
ali məhkəmə, baş prokurorluq, dələduzluq
Ali Məhkəmənin adından istifadə edərək vətəndaşlardan pul alanlara cinayət işi açılıb
Bundan sonra da Ali Məhkəmənin, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində müvafiq tədbirlər görülməsi üçün zəruri addımlar atılacaq.
BAKI, 2 noyabr — Sputnik. Ali Məhkəmənin Baş Prokurorluğuna müraciəti əsasında dələduzluq və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən 4 nəfər barəsində cinayət işi başlanıb.
Ali Məhkəmədən verilən məlumata görə, həmin şəxslər Ali Məhkəmədə zərərçəkmişlərin tərəf olduğu işləri onların xeyrinə həll edəcəklərini vəd edərək, müəyyən məbləğdə pullarını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurlar.
Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1 (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanılıb.
Ali Məhkəmə bildirir ki, bundan sonra da Ali Məhkəmənin, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək, qanunsuz əməllərə yol verən şəxslər barəsində müvafiq tədbirlər görülməsi üçün zəruri addımlar atılacaq.
Eyni zamanda, vətəndaşlara tövsiyə edilir ki, hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həmin fəaliyyətlə peşəkar qaydada məşğul olan şəxslərə və ya qurumlara müraciət etsinlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.