Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazir müavini: Rəqəmsallaşmanın inkişafı birbaşa təhsildən asılıdır

© AFP 2024 / ALAIN JOCARDAuditoriyada tələbələr, arxiv şəkli
Auditoriyada tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.11.2023
Abunə olmaq
Samir Məmmədov bildirib ki, bununla bağlı dövlət və özəl sektor nümayəndələri ilə birgə proqramlar hazırlanıb.
BAKI, 1 noyabr — Sputnik. Rəqəmsallaşmanın inkişafı birbaşa təhsildən asılıdır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq təhsil sahəsinə daha çox diqqət ayırmağa çalışırıq.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda deyib.
O bildirib ki, bununla bağlı dövlət və özəl sektor nümayəndələri ilə birgə proqramlar hazırlanıb: "Proqramlar əsasında tələbələr, bu sahə ilə maraqlanan gənclər üçün təqaüdlər ayırdıq. Burada əsasən proqramlaşdırma, kodlaşdırma, kibertəhlükəsizlik tədris olundu. Proqramda təhsil alan gənclərin 6 ay sonra 98 faizi işlə təmin olundu. Onların orta aylıq əməkhaqqı 1300 manatdır. Həmin tələbələrin təhsilində bir nəfərə təxminən 3 min 500 manat sərf olundu".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu öz işinə başlayıb.
"İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.
Xəbər lenti
0