https://sputnik.az/20231101/nazir-kecmis-mecburi-kockun-mekteblerinin-gelecek-fealiyyetine-munasibet-bildirib-460144266.html
Nazir keçmiş məcburi köçkün məktəblərinin gələcək fəaliyyətinə münasibət bildirib
Nazir keçmiş məcburi köçkün məktəblərinin gələcək fəaliyyətinə münasibət bildirib
Sputnik Azərbaycan
Emin Əmrullayev 30 illik işğal dövründə bəzi məktəblər üçün yeni binaların tikildiyini xatırladıb. 01.11.2023, Sputnik Azərbaycan
2023-11-01T17:55+0400
2023-11-01T17:55+0400
2023-11-01T18:18+0400
emin əmrullayev
təhsil
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433791_0:0:2000:1125_1920x0_80_0_0_4473c347c35c04063a8db121ad8b0883.jpg
BAKI, 1 noyabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev keçmiş məcburi köçkünlərin təhsil aldığı müəssisələrin taleyinə aydınlıq gətirərək bu məsələdə iki variantın mövcud olduğunu bildirib. Nazir 30 illik işğal dövründə bəzi məktəblər üçün yeni binaların tikildiyini xatırladıb: "Bu halda həmin bina həmin əraziyə uyğunlaşdırılır. Misal olaraq, Şuşa şəhər 1 nömrəli məktəb istifadəyə verildikdən sonra Bakıdakı təhsil ocağı ayrı məktəb kimi fəaliyyətini davam etdirəcək. Bəzi hallarda isə məktəblərin binası yoxdur, ona görə də ləğvi mümkünsüzdür. Yəni məktəb publik hüquqi şəxs kimi tarixi yerinə köçür. Kimsə köçmürsə, məktəb yerində qalıb digərləri kimi fəaliyyətini davam etdirir". Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu öz işinə başlayıb. "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433791_200:0:1973:1330_1920x0_80_0_0_05ed5e4f636dc954d8068317925995f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev, elm və təhsil nazirliyi
emin əmrullayev, elm və təhsil nazirliyi
Nazir keçmiş məcburi köçkün məktəblərinin gələcək fəaliyyətinə münasibət bildirib
17:55 01.11.2023 (Yenilənib: 18:18 01.11.2023) Emin Əmrullayev 30 illik işğal dövründə bəzi məktəblər üçün yeni binaların tikildiyini xatırladıb.
BAKI, 1 noyabr — Sputnik. Elm və təhsil naziri Emin Əmrullayev keçmiş məcburi köçkünlərin təhsil aldığı müəssisələrin taleyinə aydınlıq gətirərək bu məsələdə iki variantın mövcud olduğunu bildirib.
Nazir 30 illik işğal dövründə bəzi məktəblər üçün yeni binaların tikildiyini xatırladıb: "Bu halda həmin bina həmin əraziyə uyğunlaşdırılır. Misal olaraq, Şuşa şəhər 1 nömrəli məktəb istifadəyə verildikdən sonra Bakıdakı təhsil ocağı ayrı məktəb kimi fəaliyyətini davam etdirəcək. Bəzi hallarda isə məktəblərin binası yoxdur, ona görə də ləğvi mümkünsüzdür. Yəni məktəb publik hüquqi şəxs kimi tarixi yerinə köçür. Kimsə köçmürsə, məktəb yerində qalıb digərləri kimi fəaliyyətini davam etdirir".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu öz işinə başlayıb.
"İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.