https://sputnik.az/20231101/lham-eliyev-azerbaycan-elcezair-xalqinin-hisslerini-yaxsi-basa-dusur-460139018.html
İlham Əliyev: Azərbaycan Əlcəzair xalqının hisslərini yaxşı başa düşür
İlham Əliyev: Azərbaycan Əlcəzair xalqının hisslərini yaxşı başa düşür
Sputnik Azərbaycan
Azərbaycan prezidenti bildirib ki, yüz ildən artıq dövrdə əsarətə və kütləvi zorakılığa məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə... 01.11.2023, Sputnik Azərbaycan
2023-11-01T12:17+0400
2023-11-01T12:17+0400
2023-11-01T13:37+0400
siyasət
prezident ilham əliyev
əlcəzair
müstəqillik
müstəqillik günü
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568577_0:252:2743:1795_1920x0_80_0_0_9dfa1d6d7e232b050841d279bfa277b0.jpg
BAKI, 1 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbuna 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, 1 Noyabr – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Əlcəzair xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Amansız müstəmləkəçilik siyasətinə qarşı xalqınızın azadlıq mübarizəsinə başladığı bu əlamətdar gün Əlcəzairin qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Yüz ildən artıq dövr ərzində əsarətə və kütləvi zorakılığa məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşən Əlcəzair xalqı müstəqilliyini bir milyon yarım şəhidin canı bahasına əldə etmiş və bununla da iradəsinin sarsılmazlığını, yenilməzliyini, mətinliyini və azadlıq əzmini bütün dünyaya nümayiş etdirmişdir. Otuzillik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür. Şadam ki, bu gün ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Eyni zamanda çoxtərəfli müstəvidə qarşılıqlı faydalı birgə fəaliyyətimiz məmnunluq doğurur. Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və genişlənəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568577_7:0:2736:2047_1920x0_80_0_0_e6d7a062ceec65667720c8f595e9aa75.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, əlcəzair, müstəqillik, müstəqillik günü
prezident ilham əliyev, əlcəzair, müstəqillik, müstəqillik günü
İlham Əliyev: Azərbaycan Əlcəzair xalqının hisslərini yaxşı başa düşür
12:17 01.11.2023 (Yenilənib: 13:37 01.11.2023) Azərbaycan prezidenti bildirib ki, yüz ildən artıq dövrdə əsarətə və kütləvi zorakılığa məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşən Əlcəzair xalqı müstəqilliyini bir milyon yarım şəhidin canı bahasına əldə edib.
BAKI, 1 noyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbuna 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
"Hörmətli cənab Prezident,
1 Noyabr – İnqilab Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Əlcəzair xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Amansız müstəmləkəçilik siyasətinə qarşı xalqınızın azadlıq mübarizəsinə başladığı bu əlamətdar gün Əlcəzairin qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Yüz ildən artıq dövr ərzində əsarətə və kütləvi zorakılığa məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşən Əlcəzair xalqı müstəqilliyini bir milyon yarım şəhidin canı bahasına əldə etmiş və bununla da iradəsinin sarsılmazlığını, yenilməzliyini, mətinliyini və azadlıq əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Otuzillik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür. Şadam ki, bu gün ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Eyni zamanda çoxtərəfli müstəvidə qarşılıqlı faydalı birgə fəaliyyətimiz məmnunluq doğurur.
Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və rifah diləyirəm".