https://sputnik.az/20231101/emin-emrullayev-1500-manata-muhendis-hazirlamaqdansa-hazirlamamaq-daha-yaxsidir-460143280.html
Emin Əmrullayev: 1500 manata mühəndis hazırlamaqdansa, hazırlamamaq daha yaxşıdır
Emin Əmrullayev: 1500 manata mühəndis hazırlamaqdansa, hazırlamamaq daha yaxşıdır
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, ali təhsil müəssisəsinə az resurs verib, dünya səviyyəli innovasiya tələb etmək mümkün deyil. 01.11.2023, Sputnik Azərbaycan
2023-11-01T14:14+0400
2023-11-01T14:14+0400
2023-11-01T14:14+0400
təhsil
təhsil
emin əmrullayev
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427402845_0:320:3072:2048_1920x0_80_0_0_e7839169fb271f74ea5047fe281706d2.jpg
BAKI, 1 noyabr — Sputnik. "Bu gün elə universitet var ki, bir mühəndisi 1500 manata hazırlayır". Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib. Nazir deyib ki, bu, reallıq və həqiqətdir: "Universitetlərimizin yanaşması ondan ibarətdir ki, "sənin gücün nəyə çatırsa, onu ver, biz sənə bir ixtisas verək". "Bir həkimi hazırlamaq neçəyə başa gəlir?" - əsas sual budur. Biz əgər diplom xətrinə buna ticarət kimi baxırıqsa, bunun adı başqadır. Bu elə müzakirədir ki, açıq şəkildə aparmalıyıq. Ya biz bir-birimizin üzünə gülüb, heç bir ağrılı məsələni qaldırmamalıyıq, ya da müzakirə etməliyik. Ali təhsil müəssisəsinə az resurs verib, dünya səviyyəli innovasiya tələb etmək mümkün deyil. Son illərdə ali təhsil alanların sayı 3 dəfə artıb. 1500 manata mühəndis hazırlamaqdansa, hazırlamamaq daha yaxşıdır". Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu öz işinə başlayıb. "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/06/427402845_267:294:2606:2048_1920x0_80_0_0_39b1914418c95bf744b6f9bec129b5d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
təhsil, emin əmrullayev, elm və təhsil nazirliyi
təhsil, emin əmrullayev, elm və təhsil nazirliyi
Emin Əmrullayev: 1500 manata mühəndis hazırlamaqdansa, hazırlamamaq daha yaxşıdır
Emin Əmrullayev bildirib ki, ali təhsil müəssisəsinə az resurs verib, dünya səviyyəli innovasiya tələb etmək mümkün deyil.
BAKI, 1 noyabr — Sputnik. "Bu gün elə universitet var ki, bir mühəndisi 1500 manata hazırlayır".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
Nazir deyib ki, bu, reallıq və həqiqətdir:
"Universitetlərimizin yanaşması ondan ibarətdir ki, "sənin gücün nəyə çatırsa, onu ver, biz sənə bir ixtisas verək". "Bir həkimi hazırlamaq neçəyə başa gəlir?" - əsas sual budur. Biz əgər diplom xətrinə buna ticarət kimi baxırıqsa, bunun adı başqadır. Bu elə müzakirədir ki, açıq şəkildə aparmalıyıq. Ya biz bir-birimizin üzünə gülüb, heç bir ağrılı məsələni qaldırmamalıyıq, ya da müzakirə etməliyik. Ali təhsil müəssisəsinə az resurs verib, dünya səviyyəli innovasiya tələb etmək mümkün deyil. Son illərdə ali təhsil alanların sayı 3 dəfə artıb. 1500 manata mühəndis hazırlamaqdansa, hazırlamamaq daha yaxşıdır".
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu öz işinə başlayıb.
"İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.