https://sputnik.az/20231101/azerbaycanda-sosial-muavinetler-ve-teqaudler-ucun-ayrilan-vesait-artirilir-460167048.html
Azərbaycanda sosial müavinətlər və təqaüdlər üçün ayrılan vəsait artırılır
Azərbaycanda sosial müavinətlər və təqaüdlər üçün ayrılan vəsait artırılır
Sputnik Azərbaycan
Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinətlərə, müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə... 01.11.2023, Sputnik Azərbaycan
2023-11-01T22:33+0400
2023-11-01T22:33+0400
2023-11-01T22:33+0400
iqtisadiyyat
pensiya
təqaüd
fərdi təqaüd
dövlət büdcəsi
https://cdnn1.img.sputnik.az/img/40832/18/408321875_0:0:2000:1125_1920x0_80_0_0_6e78722fc217c41b1148744ed89b78fa.jpg
BAKI, 1 noyabr - Sputnik. Sosial müdafiə və sosial təminat xərclərindən əhalinin həssas təbəqələrinə ödənilən yaşa, əlilliyə, sağlamlıq imkanlarının məhdudluğuna, ailə başçısını itirməyə, digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsinə 1738,5 milyon manat vəsait ayrılacaq ki, bu da 2023-cü il ilə nisbətən 301,0 milyon manat və ya 17,3 faiz çoxdur.Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.Ünvanlı dövlət sosial yardımların verilməsinə 457,3 milyon manat (2023-cü il ilə nisbətən 179,5 milyon manat və ya 64,6 faiz çox), “Azərbaycan Respublikası Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası olaraq işsiz şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə haqqı ödənilən ictimai işləri ilə bağlı xərclər üçün 285,8 milyon manat (2023-cü il ilə müqayisədə 20,0 milyon manat və ya 7,5 faiz çox) vəsait proqnozlaşdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40832/18/408321875_0:0:1668:1251_1920x0_80_0_0_e9de0fce0f8294f08ac798158cecff48.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pensiya, təqaüd, fərdi təqaüd, dövlət büdcəsi
pensiya, təqaüd, fərdi təqaüd, dövlət büdcəsi
Azərbaycanda sosial müavinətlər və təqaüdlər üçün ayrılan vəsait artırılır
Yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinətlərə, müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən prezident təqaüdlərinə ayrılan vəsaitin həcmi artırılır.
BAKI, 1 noyabr - Sputnik. Sosial müdafiə və sosial təminat xərclərindən əhalinin həssas təbəqələrinə ödənilən yaşa, əlilliyə, sağlamlıq imkanlarının məhdudluğuna, ailə başçısını itirməyə, digər sosial müavinətlərin və müharibə əlillərinə, ümumi səbəbdən əlilliyi olan şəxslərə, müharibə veteranlarına, şəhid ailələrinə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin maliyyələşdirilməsinə 1738,5 milyon manat vəsait ayrılacaq ki, bu da 2023-cü il ilə nisbətən 301,0 milyon manat və ya 17,3 faiz çoxdur.
Bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Ünvanlı dövlət sosial yardımların verilməsinə 457,3 milyon manat (2023-cü il ilə nisbətən 179,5 milyon manat və ya 64,6 faiz çox), “Azərbaycan Respublikası Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın icrası olaraq işsiz şəxslərin məşğulluq imkanlarının artırılması məqsədilə haqqı ödənilən ictimai işləri ilə bağlı xərclər üçün 285,8 milyon manat (2023-cü il ilə müqayisədə 20,0 milyon manat və ya 7,5 faiz çox) vəsait proqnozlaşdırılıb.