https://sputnik.az/20231101/azerbaycan-universitetlerinin-top-800-e-duseceyini-proqnozlasdiririq---nazir-460151181.html
Azərbaycan universitetlərinin TOP-800-ə düşəcəyini proqnozlaşdırırıq - Nazir
Azərbaycan universitetlərinin TOP-800-ə düşəcəyini proqnozlaşdırırıq - Nazir
Sputnik Azərbaycan
Nazir bildirib ki, ali təhsil müəssisələrində tədqiqat və innovasiya sahəsində 10 il əvvəlki dövrlə müqayisədə daha yaxşı yerdəyik. 01.11.2023, Sputnik Azərbaycan
2023-11-01T19:14+0400
2023-11-01T19:14+0400
2023-11-01T19:30+0400
universitet
təhsil
elm və təhsil nazirliyi
heydər əliyev
https://cdnn1.img.sputnik.az/img/41186/19/411861907_0:155:2000:1280_1920x0_80_0_0_b931b6160ad2ef40e0b29eb2f37a8733.jpg
BAKI, 1 noyabr — Sputnik. "Səhv etmək çox vacib öyrənmə elementidir. Səhv etməkdən qorxan, risk etməyi sevməyən insanlar inkişaf edə bilməz". Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib. Nazir qeyd edib ki, səriştəli bir şəxsdən innovasiya gözləmək olar. "Təhsil sistemində bu məsələdə arzular və gerçəkliklər arasında fərqlər var. İstəyirik ki, daha erkən yaşlarda uşaqlar rəqəmsal bacarıqlarla əhatə olunsun. Daha aşağı yaşlardan başlayıb sonrakı uzunmüddətli növbəti dövrdə risk etməyi sevən, səhv etməkdən qorxmayan nəsil formalaşsın. Ali təhsil müəssisələrində tədqiqat və innovasiya sahəsində 10 il əvvəlki dövrlə müqayisədə daha yaxşı yerdəyik. Data və rəqəmlər də bunu sübut edir. Səriştəlilik və bacarıq baxımından irəlidəyik. Növbəti 3-4 ildə hər şey istədiyimiz kimi getsə, Azərbaycan universitetlərinin TOP-800-ə düşəcəyini proqnozlaşdırırıq. Bugünkü nəticə isə hələ o deyil",- deyə nazir bildirib. Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu öz işinə başlayıb. "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41186/19/411861907_0:0:1708:1280_1920x0_80_0_0_67fa8608bdf45ce863743daf61308b69.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
universitet, elm və təhsil nazirliyi, heydər əliyev
universitet, elm və təhsil nazirliyi, heydər əliyev
Azərbaycan universitetlərinin TOP-800-ə düşəcəyini proqnozlaşdırırıq - Nazir
19:14 01.11.2023 (Yenilənib: 19:30 01.11.2023) Nazir bildirib ki, ali təhsil müəssisələrində tədqiqat və innovasiya sahəsində 10 il əvvəlki dövrlə müqayisədə daha yaxşı yerdəyik.
BAKI, 1 noyabr — Sputnik. "Səhv etmək çox vacib öyrənmə elementidir. Səhv etməkdən qorxan, risk etməyi sevməyən insanlar inkişaf edə bilməz".
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, səriştəli bir şəxsdən innovasiya gözləmək olar.
"Təhsil sistemində bu məsələdə arzular və gerçəkliklər arasında fərqlər var. İstəyirik ki, daha erkən yaşlarda uşaqlar rəqəmsal bacarıqlarla əhatə olunsun. Daha aşağı yaşlardan başlayıb sonrakı uzunmüddətli növbəti dövrdə risk etməyi sevən, səhv etməkdən qorxmayan nəsil formalaşsın. Ali təhsil müəssisələrində tədqiqat və innovasiya sahəsində 10 il əvvəlki dövrlə müqayisədə daha yaxşı yerdəyik. Data və rəqəmlər də bunu sübut edir. Səriştəlilik və bacarıq baxımından irəlidəyik. Növbəti 3-4 ildə hər şey istədiyimiz kimi getsə, Azərbaycan universitetlərinin TOP-800-ə düşəcəyini proqnozlaşdırırıq. Bugünkü nəticə isə hələ o deyil",- deyə nazir bildirib.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu öz işinə başlayıb.
"İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər. Panellər zamanı təhsil və iqtisadiyyatın inteqrasiyası, təhsil və əmək bazarı, sənaye ilə tərəfdaşlıq strategiyası, sənayenin təhsildən gözləntiləri, əlavə dəyərin yaradılması, ekosistemin inkişafında bankların rolu, tədqiqat və inkişaf ekosistemi, ömürboyu təhsil, əmək bazarının dəyişən tələbləri, süni intellekt və təhsil mövzularından bəhs olunacaq.