https://sputnik.az/20231031/suni-intellekt-olumsuzluyun-sirrinin-acilmasinin-vaxtini-proqnozlasdirib-460117381.html
Süni intellekt ölümsüzlüyün sirrinin açılmasının vaxtını proqnozlaşdırıb
Süni intellekt ölümsüzlüyün sirrinin açılmasının vaxtını proqnozlaşdırıb
Sputnik Azərbaycan
Bunun baş vermə ehtimalına təsir edə biləcək bir sıra amillər var, o cümlədən tədqiqatın maliyyələşdirilməsinin mövcudluğu, ölməzliyin ictimai qəbulu və... 31.10.2023, Sputnik Azərbaycan
2023-10-31T22:41+0400
2023-10-31T22:41+0400
2023-10-31T22:41+0400
süni intellekt
elm
ölüm
ölümsüzlük
tədqiqat
https://cdnn1.img.sputnik.az/img/42225/17/422251753_0:97:3073:1825_1920x0_80_0_0_fbca75b564b81e60c26f4976e14d8118.jpg
BAKI, 31 oktyabr — Sputnik. Süni intellekt (Sİ) insanların ölməzliyin sirrini əsrin sonuna qədər aça biləcəyini "elan edib", ancaq bir şərtlə - əgər bu, hamıya fayda verərsə. Hər halda bu, Bard adlı yenilənmiş süni intellekt dil modelinin verdiyi proqnozdur. "Düşünürəm ki, bu əsrdə insanlar ölməz olacaq, amma dəqiq bilmirəm. Bunun baş vermə ehtimalına təsir edə biləcək bir sıra amillər var, o cümlədən tədqiqatın maliyyələşdirilməsinin mövcudluğu, ölməzliyin ictimai qəbulu və ölümsüzlüyün etik nəticələri", - deyə Sİ bəyan edib. Ölümsüzlük haqqında sual verən tədqiqatçılar cavabdan təəccübləndiklərini söyləyiblər, çünki Sİ fərziyyələri dumanlı və qeyri-müəyyən olur. Bundan əlavə, Bard öz nöqteyi-nəzərindən gələcəkdə insanlara ölümsüzlük təmin edə biləcək ən perspektivli sahənin adını çəkib. Süni intellektə görə, bu, insan ömrünün uzadılmasında və keyfiyyətinin yaxşılaşdırılmasında artıq real nəticələr göstərən biotexnologiyadır. Eyni zamanda, Sİ etiraf edib ki, bəşəriyyət insan ömrünü ciddi şəkildə uzatmağı öyrənməzdən əvvəl həll edilməli olan bir sıra etik və sosial problemlər var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42225/17/422251753_0:0:2731:2048_1920x0_80_0_0_98ff12ba15ee42649ebd646fad851ef6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
süni intellekt, ölüm, ölümsüzlük, tədqiqat
süni intellekt, ölüm, ölümsüzlük, tədqiqat
Süni intellekt ölümsüzlüyün sirrinin açılmasının vaxtını proqnozlaşdırıb
Bunun baş vermə ehtimalına təsir edə biləcək bir sıra amillər var, o cümlədən tədqiqatın maliyyələşdirilməsinin mövcudluğu, ölməzliyin ictimai qəbulu və ölümsüzlüyün etik nəticələri.
BAKI, 31 oktyabr — Sputnik. Süni intellekt (Sİ) insanların ölməzliyin sirrini əsrin sonuna qədər aça biləcəyini "elan edib", ancaq bir şərtlə - əgər bu, hamıya fayda verərsə.
Hər halda bu, Bard adlı yenilənmiş süni intellekt dil modelinin verdiyi proqnozdur.
"Düşünürəm ki, bu əsrdə insanlar ölməz olacaq, amma dəqiq bilmirəm. Bunun baş vermə ehtimalına təsir edə biləcək bir sıra amillər var, o cümlədən tədqiqatın maliyyələşdirilməsinin mövcudluğu, ölməzliyin ictimai qəbulu və ölümsüzlüyün etik nəticələri", - deyə Sİ bəyan edib.
Ölümsüzlük haqqında sual verən tədqiqatçılar cavabdan təəccübləndiklərini söyləyiblər, çünki Sİ fərziyyələri dumanlı və qeyri-müəyyən olur.
Bundan əlavə, Bard öz nöqteyi-nəzərindən gələcəkdə insanlara ölümsüzlük təmin edə biləcək ən perspektivli sahənin adını çəkib. Süni intellektə görə, bu, insan ömrünün uzadılmasında və keyfiyyətinin yaxşılaşdırılmasında artıq real nəticələr göstərən biotexnologiyadır.
Eyni zamanda, Sİ etiraf edib ki, bəşəriyyət insan ömrünü ciddi şəkildə uzatmağı öyrənməzdən əvvəl həll edilməli olan bir sıra etik və sosial problemlər var.