https://sputnik.az/20231031/rusiya-ve-cin-beynelxalq-arenada-abs-i-meglub-edecekler---ekspert-460108391.html
Rusiya və Çin beynəlxalq arenada ABŞ-ı məğlub edəcəklər - Ekspert
Rusiya və Çin beynəlxalq arenada ABŞ-ı məğlub edəcəklər - Ekspert
Sputnik Azərbaycan
Ukrayna münaqişəsi ABŞ-ın "dünyanın ən güclü qüvvəsi" statusunu qoruyub saxlaya bilmədiyini sübut edib. 31.10.2023, Sputnik Azərbaycan
2023-10-31T16:40+0400
2023-10-31T16:40+0400
2023-10-31T16:58+0400
çin
dünya xəbərləri
rusiya
abş
rusiya federasiyası
həmas
fələstin
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452016941_0:160:3072:1888_1920x0_80_0_0_f0eaae86d6f34a219fb6d11f4e53cf78.jpg
BAKI, 31 oktyabr — Sputnik. Rusiya Federasiyası və Çin ABŞ-ı məğlub edəcək və yeni dünya nizamı yaradacaq. Bunu "Saut əl-İraq"ın şərhçisi Məhəmməd Saber bildirib. "Amerika yalnız dua edə bilər, çünki Rusiya və Çin beynəlxalq arenada özlərinin oyunçular arasında rolları bölüşdürəcəkləri dünyanın yeni xəritəsini çəkməyi planlaşdırırlar", - Məhəmməd Saber belə yazıb. Saber qeyd edib ki, Ukrayna münaqişəsi ABŞ-ın "dünyanın ən güclü qüvvəsi" statusunu qoruyub saxlaya bilmədiyini sübut edib. O, Qəzzadakı münaqişənin hər keçən günü ABŞ-ın mövqeyinin zəiflədiyini vurğulayıb. Öz növbəsində, İsrail də Vaşinqtonun dəstəyinə baxmayaraq, fəlakətin astanasında qalıb və onun sakinləri öz liderlərinə inamını itiriblər. Xatırladaq ki, Amerika Prezidenti Co Bayden bəşəriyyətin yeni dünya nizamına ehtiyacı olduğunu və Birləşmiş Ştatların "kifayət qədər cəsarətli və inamlı" olduğu təqdirdə dünyanı birləşdirə biləcəyini söyləyib. Rusiya lideri Vladimir Putin isə amerikalıların təşviq etdiyi dünya nizamını cəfəngiyyat adlandırıb, çünki Qərb yalnız özünə faydalı olan qaydalar irəli sürür. Bundan əvvəl bildirilmişdi ki, Rusiya Federasiyası və Çin ABŞ-ın İsraillə Qəzza zolağı arasında münaqişəyə dair qətnaməsinə veto qoyub. Sənəddə Vaşinqton Fələstinin HƏMAS hərəkatının hərəkətlərini pisləyib, İsrailin özünümüdafiə hüququnu tanıyıb, lakin atəşkəsə çağırmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/15/452016941_171:0:2902:2048_1920x0_80_0_0_66fb7e238b2c310fbf10315270010ef4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, rusiya, abş, rusiya federasiyası, həmas, fələstin
çin, rusiya, abş, rusiya federasiyası, həmas, fələstin
Rusiya və Çin beynəlxalq arenada ABŞ-ı məğlub edəcəklər - Ekspert
16:40 31.10.2023 (Yenilənib: 16:58 31.10.2023) Ukrayna münaqişəsi ABŞ-ın "dünyanın ən güclü qüvvəsi" statusunu qoruyub saxlaya bilmədiyini sübut edib.
BAKI, 31 oktyabr — Sputnik. Rusiya Federasiyası və Çin ABŞ-ı məğlub edəcək və yeni dünya nizamı yaradacaq.
Bunu "Saut əl-İraq"ın şərhçisi Məhəmməd Saber bildirib.
"Amerika yalnız dua edə bilər, çünki Rusiya və Çin beynəlxalq arenada özlərinin oyunçular arasında rolları bölüşdürəcəkləri dünyanın yeni xəritəsini çəkməyi planlaşdırırlar", - Məhəmməd Saber belə yazıb.
Saber qeyd edib ki, Ukrayna münaqişəsi ABŞ-ın "dünyanın ən güclü qüvvəsi" statusunu qoruyub saxlaya bilmədiyini sübut edib.
O, Qəzzadakı münaqişənin hər keçən günü ABŞ-ın mövqeyinin zəiflədiyini vurğulayıb. Öz növbəsində, İsrail də Vaşinqtonun dəstəyinə baxmayaraq, fəlakətin astanasında qalıb və onun sakinləri öz liderlərinə inamını itiriblər.
Xatırladaq ki, Amerika Prezidenti Co Bayden bəşəriyyətin yeni dünya nizamına ehtiyacı olduğunu və Birləşmiş Ştatların "kifayət qədər cəsarətli və inamlı" olduğu təqdirdə dünyanı birləşdirə biləcəyini söyləyib. Rusiya lideri Vladimir Putin isə amerikalıların təşviq etdiyi dünya nizamını cəfəngiyyat adlandırıb, çünki Qərb yalnız özünə faydalı olan qaydalar irəli sürür.
Bundan əvvəl bildirilmişdi ki, Rusiya Federasiyası və Çin ABŞ-ın İsraillə Qəzza zolağı arasında münaqişəyə dair qətnaməsinə veto qoyub. Sənəddə Vaşinqton Fələstinin HƏMAS hərəkatının hərəkətlərini pisləyib, İsrailin özünümüdafiə hüququnu tanıyıb, lakin atəşkəsə çağırmayıb.