https://sputnik.az/20231031/metbuat-surasi-jurnalistlere-xususi-godekce-verilmesini-dayandirdi-460105413.html
Mətbuat Şurası jurnalistlərə xüsusi gödəkçə verilməsini dayandırdı
Mətbuat Şurası jurnalistlərə xüsusi gödəkçə verilməsini dayandırdı
Sputnik Azərbaycan
Şura bildirir ki, gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür... 31.10.2023, Sputnik Azərbaycan
2023-10-31T11:58+0400
2023-10-31T11:58+0400
2023-10-31T12:23+0400
jurnalist
cəmiyyət
mətbuat şurası
gödəkcə
yeni
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438226224_0:179:1999:1303_1920x0_80_0_0_d7dbc5a475aa29a304ae2c567a40452f.jpg
BAKI, 31 oktyabr — Sputnik. Mətbuat Şurası (MŞ) "PRESS" gödəkçələrinin verilməsini dayandırıb. Bu barədə MŞ-dan məlumat verilib. Bildirilib ki, müxtəlif sosial şəbəkə profillərində bəzi şəxslərin Azərbaycan Mətbuat Şurasına məxsus olduğu iddia edilən, üzərində "PRESS" yazılmış və şuranın loqosunun əksini tapdığı gödəkçələrdə media prinsiplərinə zidd fəaliyyət gerçəkləşdirdiklərinə dair fikirlər və görüntülər paylaşılıb. Bununla əlaqədar Mətbuat Şurası həmin gödəkçələrin verilməsini dayandırıb. "Qeyd edək ki, gödəkçələr fərdi şəxslərə deyil, möhürlü və imzalı müraciət əsasında redaksiyalara verilirdi. Lakin Şura belə sadə prosedurun media fəaliyyəti həyata keçirdiyini bildirən təsadüfi şəxslərin də gödəkçələri əldə edə bilməsinə yol açdığını müəyyənləşdirdi. Buna görə gödəkçələrin verilməsi dayandırıldı. Mətbuat Şurası, həmçinin, "PRESS" gödəkçələrinin bənzərlərinin ayrı-ayrı şəxslər tərəfindən fərdi qaydada hazırlandığını da müəyyənləşdirib. Hazırda yayılmış görüntülərdə bu tip şəxslər əks olunub. Şura bildirir ki, gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür və heç bir halda media fəaliyyətindən kənar məqsədlər naminə istifadə edilə bilməz. Jurnalist adından sui-istifadə, təmənnalı münasibət və digər xoşagəlməz hallar "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na zidd olmaqla yanaşı, hüquqi məsuliyyət də yaradır. Mətbuat Şurası hər kəsi bunu nəzərə almağa çağırır. "PRESS" gödəkçələrinin yeni variantı və redaksiyalara verilməsi qaydaları hazırlanır. Yaxın vaxtlarda bununla bağlı şərtlərin açıqlanması planlaşdırılır", - deyə məlumatda bildirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/11/438226224_222:0:1999:1333_1920x0_80_0_0_813c2fd027a20ba836944a0f1600b6fe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
jurnalist, mətbuat şurası, gödəkcə, yeni
jurnalist, mətbuat şurası, gödəkcə, yeni
Mətbuat Şurası jurnalistlərə xüsusi gödəkçə verilməsini dayandırdı
11:58 31.10.2023 (Yenilənib: 12:23 31.10.2023) Şura bildirir ki, gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür və heç bir halda media fəaliyyətindən kənar məqsədlər naminə istifadə edilə bilməz.
BAKI, 31 oktyabr — Sputnik. Mətbuat Şurası (MŞ) "PRESS" gödəkçələrinin verilməsini dayandırıb. Bu barədə MŞ-dan məlumat verilib. Bildirilib ki, müxtəlif sosial şəbəkə profillərində bəzi şəxslərin Azərbaycan Mətbuat Şurasına məxsus olduğu iddia edilən, üzərində "PRESS" yazılmış və şuranın loqosunun əksini tapdığı gödəkçələrdə media prinsiplərinə zidd fəaliyyət gerçəkləşdirdiklərinə dair fikirlər və görüntülər paylaşılıb. Bununla əlaqədar Mətbuat Şurası həmin gödəkçələrin verilməsini dayandırıb.
"Qeyd edək ki, gödəkçələr fərdi şəxslərə deyil, möhürlü və imzalı müraciət əsasında redaksiyalara verilirdi. Lakin Şura belə sadə prosedurun media fəaliyyəti həyata keçirdiyini bildirən təsadüfi şəxslərin də gödəkçələri əldə edə bilməsinə yol açdığını müəyyənləşdirdi. Buna görə gödəkçələrin verilməsi dayandırıldı.
Mətbuat Şurası, həmçinin, "PRESS" gödəkçələrinin bənzərlərinin ayrı-ayrı şəxslər tərəfindən fərdi qaydada hazırlandığını da müəyyənləşdirib. Hazırda yayılmış görüntülərdə bu tip şəxslər əks olunub. Şura bildirir ki, gödəkçələr jurnalistlərin kütləvi aksiyalarda, ümumən ekstremal durumlarda peşə borclarını sərbəst yerinə yetirmələri, fərqlənmələri üçündür və heç bir halda media fəaliyyətindən kənar məqsədlər naminə istifadə edilə bilməz. Jurnalist adından sui-istifadə, təmənnalı münasibət və digər xoşagəlməz hallar "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na zidd olmaqla yanaşı, hüquqi məsuliyyət də yaradır. Mətbuat Şurası hər kəsi bunu nəzərə almağa çağırır.
"PRESS" gödəkçələrinin yeni variantı və redaksiyalara verilməsi qaydaları hazırlanır. Yaxın vaxtlarda bununla bağlı şərtlərin açıqlanması planlaşdırılır", - deyə məlumatda bildirilir.