https://sputnik.az/20231031/makron-yeni-dostlar-ve-uran-axtarir-460105541.html
Makron yeni dostlar və uran axtarır
Makron yeni dostlar və uran axtarır
Sputnik Azərbaycan
Fransa prezidenti ölkənin nüvə reaktorlarını təmin edən uran tədarükçüləri olan Qazaxıstan və Özbəkistana baş çəkmək üçün enerji ilə zəngin Mərkəzi Asiyaya... 31.10.2023, Sputnik Azərbaycan
2023-10-31T12:18+0400
2023-10-31T12:18+0400
2023-10-31T12:25+0400
emmanuel makron
dünya xəbərləri
rusiya
rusiya federasiyası
özbəkistan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452226519_0:160:3072:1888_1920x0_80_0_0_3e5b5a8547dc275b2ac111a5a582ed9e.jpg
BAKI, 31 oktyabr — Sputnik. Fransa prezidenti Emmanuel Makronun Qazaxıstan və Özbəkistana bu həftə baş tutacaq səfərlərinin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır. Bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər verir. Makron noyabrın 1-də Qazaxıstana, ertəsi gün isə Özbəkistana rəsmi səfər edəcək. "Fransa prezidenti ölkənin nüvə reaktorlarını təmin edən uran tədarükçüləri olan Qazaxıstan və Özbəkistana baş çəkmək üçün enerji ilə zəngin Mərkəzi Asiyaya səfər edəcək. Səfərin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır. Agentlik Makronun yeni dostlar və uran axtardığını qeyd edib. Eyni zamanda, agentliyin mənbəsinin sözlərinə görə, Makronun səfərinin başqa bir səbəbi də keçmiş sovet respublikalarının Rusiya Federasiyasından ehtimal olunan asılılığına təsir göstərməyə çalışmaqdır. Qazaxıstanda 170-dən çox Fransa şirkəti və birgə müəssisəsi fəaliyyət göstərir. Onların arasında Qazaxıstan iqtisadiyyatının aparıcı investorları olan Total Energies, Air Liquide, Airbus, Alstom, Orano və Danone kimi şirkətlər var. Ötən il Qazaxıstan və Fransa 2030-cu ilə qədər ticarət-iqtisadi və investisiya əməkdaşlığına dair yol xəritəsini təsdiqləyiblər. "Bloomberg"in mənbəyə istinadən verdiyi məlumata görə, Makronun ölkəyə səfəri zamanı müzakirə olunacaq məsələlər siyahısında Fransanın Orano şirkətinin Qazaxıstandakı mövcudluğunun genişləndirilməsi olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452226519_171:0:2902:2048_1920x0_80_0_0_b727456f8e969c08a3b08d64fe9e5043.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
emmanuel makron, rusiya, rusiya federasiyası, özbəkistan
emmanuel makron, rusiya, rusiya federasiyası, özbəkistan
Makron yeni dostlar və uran axtarır
12:18 31.10.2023 (Yenilənib: 12:25 31.10.2023) Fransa prezidenti ölkənin nüvə reaktorlarını təmin edən uran tədarükçüləri olan Qazaxıstan və Özbəkistana baş çəkmək üçün enerji ilə zəngin Mərkəzi Asiyaya səfər edəcək.
BAKI, 31 oktyabr — Sputnik. Fransa prezidenti Emmanuel Makronun Qazaxıstan və Özbəkistana bu həftə baş tutacaq səfərlərinin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır. Bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər verir.
Makron noyabrın 1-də Qazaxıstana, ertəsi gün isə Özbəkistana rəsmi səfər edəcək.
"Fransa prezidenti ölkənin nüvə reaktorlarını təmin edən uran tədarükçüləri olan Qazaxıstan və Özbəkistana baş çəkmək üçün enerji ilə zəngin Mərkəzi Asiyaya səfər edəcək. Səfərin məqsədi Fransanın enerji təhlükəsizliyini yaxşılaşdırmaqdır. Agentlik Makronun yeni dostlar və uran axtardığını qeyd edib.
Eyni zamanda, agentliyin mənbəsinin sözlərinə görə, Makronun səfərinin başqa bir səbəbi də keçmiş sovet respublikalarının Rusiya Federasiyasından ehtimal olunan asılılığına təsir göstərməyə çalışmaqdır.
Qazaxıstanda 170-dən çox Fransa şirkəti və birgə müəssisəsi fəaliyyət göstərir. Onların arasında Qazaxıstan iqtisadiyyatının aparıcı investorları olan Total Energies, Air Liquide, Airbus, Alstom, Orano və Danone kimi şirkətlər var. Ötən il Qazaxıstan və Fransa 2030-cu ilə qədər ticarət-iqtisadi və investisiya əməkdaşlığına dair yol xəritəsini təsdiqləyiblər.
"Bloomberg"in mənbəyə istinadən verdiyi məlumata görə, Makronun ölkəyə səfəri zamanı müzakirə olunacaq məsələlər siyahısında Fransanın Orano şirkətinin Qazaxıstandakı mövcudluğunun genişləndirilməsi olacaq.