https://sputnik.az/20231031/ekspert-nuve-partlayisi-zamani-sag-qalmaq-ucun-ne-etmek-lazim-oldugunu-izah-edib-460080460.html
Ekspert nüvə partlayışı zamanı sağ qalmaq üçün nə etmək lazım olduğunu izah edib
Ekspert nüvə partlayışı zamanı sağ qalmaq üçün nə etmək lazım olduğunu izah edib
Sputnik Azərbaycan
Hazırlıq mərhələsində ən vacib şey insanın əsas ehtiyaclarının - yemək, su və istiliyin təmin edilməsidir. 31.10.2023, Sputnik Azərbaycan
2023-10-31T23:53+0400
2023-10-31T23:53+0400
2023-10-31T23:53+0400
nüvə
cəmiyyət
ekspert
partlayış
təhlükə
sığınacaq
https://cdnn1.img.sputnik.az/img/42289/46/422894670_0:320:3072:2048_1920x0_80_0_0_9fad3b8efdb82bdf76d2acb420401569.jpg
BAKI, 31 oktyabr — Sputnik. Sağ qalma eksperti Mixail Makeyev nüvə partlayışından necə sağ çıxmaq lazım olduğunu izah edib. Makeyev deyib ki, iş və ev yaxınlığında sığınacaqların yerini öyrənmək və öz sığınacaqınızı qurmaq lazımdır. "Əsas tövsiyə, ehtimal olunan belə bir hadisəyə hazırlaşmağa çalışmaqdır. Hazırlıq insanın qabiliyyət və imkanları səviyyəsində olmalıdır, yəni ya orada müəyyən bir müdafiə səviyyəsi ilə avtonom olmağa imkan verəcək özünəməxsus avtonom sığınacaq qurmaq, ya da, sadəcə ərazinin auditini aparmaq və tez-tez ziyarət olunan yerlərin ətrafında xəritə ilə işləmək lazımdır. Bu, qəfil vəziyyət yaranarsa, harada hərəkət edəcəyini dəqiq təyin etməyə imkan yaradacaq mənzil, iş, ticarət mərkəzi ola bilər. Bomba sığınacağı xəritəsi və ya metro stansiyası – onların nə qədər dərin və bu cür təsirlərə qarşı nə qədər davamlı olduqlarını öyrənmək də gərəkdir”, - deyə ekspert bildirib. Radiasiyaya qarşı müxtəlif qoruyucu vasitələr almaq olar. Onların bəziləri marketpleyslərdə satılır. Ən sadəsi, ümumi hərbi dəst almaq və onu sakit bir mühitdə sınaqdan keçirməkdir. Həmçinin, insan nüvə təhlükəsi zamanı aydın fəaliyyət planı üzərində də düşünməlidir. “Hazırlıq məsələlərində ən vacib şey insanın əsas insani ehtiyaclarının ödənilməsini təmin etməkdir: qida, su, istilik, sığınacaq, təhlükəsizlik və ümumiyyətlə, yerləşdiyi məkanı daha təhlükəsiz yerə necə dəyişdirmək üçün aydın bir alqoritmə sahib olmaq", - deyə Makeyev izah edib. Mütəxəssis əlavə edib ki, əgər insan heç bir şəkildə hazırlıq görməyibsə, o zaman nüvə partlayışı baş verərsə, o, dərin zirzəmilərə və ya metro stansiyalarına qaçmalıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42289/46/422894670_222:0:2953:2048_1920x0_80_0_0_a0724aa37e27f314fb3f78a22f4f55f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nüvə, ekspert, partlayış, təhlükə, sığınacaq
nüvə, ekspert, partlayış, təhlükə, sığınacaq
Ekspert nüvə partlayışı zamanı sağ qalmaq üçün nə etmək lazım olduğunu izah edib
Hazırlıq mərhələsində ən vacib şey insanın əsas ehtiyaclarının - yemək, su və istiliyin təmin edilməsidir.
BAKI, 31 oktyabr — Sputnik. Sağ qalma eksperti Mixail Makeyev nüvə partlayışından necə sağ çıxmaq lazım olduğunu izah edib.
Makeyev deyib ki, iş və ev yaxınlığında sığınacaqların yerini öyrənmək və öz sığınacaqınızı qurmaq lazımdır.
"Əsas tövsiyə, ehtimal olunan belə bir hadisəyə hazırlaşmağa çalışmaqdır. Hazırlıq insanın qabiliyyət və imkanları səviyyəsində olmalıdır, yəni ya orada müəyyən bir müdafiə səviyyəsi ilə avtonom olmağa imkan verəcək özünəməxsus avtonom sığınacaq qurmaq, ya da, sadəcə ərazinin auditini aparmaq və tez-tez ziyarət olunan yerlərin ətrafında xəritə ilə işləmək lazımdır. Bu, qəfil vəziyyət yaranarsa, harada hərəkət edəcəyini dəqiq təyin etməyə imkan yaradacaq mənzil, iş, ticarət mərkəzi ola bilər. Bomba sığınacağı xəritəsi və ya metro stansiyası – onların nə qədər dərin və bu cür təsirlərə qarşı nə qədər davamlı olduqlarını öyrənmək də gərəkdir”, - deyə ekspert bildirib.
Radiasiyaya qarşı müxtəlif qoruyucu vasitələr almaq olar. Onların bəziləri marketpleyslərdə satılır. Ən sadəsi, ümumi hərbi dəst almaq və onu sakit bir mühitdə sınaqdan keçirməkdir. Həmçinin, insan nüvə təhlükəsi zamanı aydın fəaliyyət planı üzərində də düşünməlidir.
“Hazırlıq məsələlərində ən vacib şey insanın əsas insani ehtiyaclarının ödənilməsini təmin etməkdir: qida, su, istilik, sığınacaq, təhlükəsizlik və ümumiyyətlə, yerləşdiyi məkanı daha təhlükəsiz yerə necə dəyişdirmək üçün aydın bir alqoritmə sahib olmaq", - deyə Makeyev izah edib.
Mütəxəssis əlavə edib ki, əgər insan heç bir şəkildə hazırlıq görməyibsə, o zaman nüvə partlayışı baş verərsə, o, dərin zirzəmilərə və ya metro stansiyalarına qaçmalıdır.