Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Dünyada yeganə Uzunömürlülər Muzeyi Azərbaycanda yerləşir

Abunə olmaq
Muzeydə yüz ildən artıq yaşamış ölkə sakinləri haqqında materiallar saxlanılır.
Lerik rayonunda məşhur Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. Burada yaşlı insanların fotoşəkilləri, həmçinin onların şəxsi əşyaları və sənədləri saxlanılır.
Muzeyin direktoru Dilarə Fətullayevanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Lerik rayonunda çoxlu uzunömürlü insanlar yaşayır və bu muzey dünyada yeganə belə muzeydir. Müasir memarlıq elementlərindən istifadə edilərək inşa edilmiş muzeyin yeni binasının 2010-cu ildəki açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
"Muzeyimiz iki zaldan ibarətdir. Bu zallarda iki mindən çox eksponat nümayiş etdirilir - bunlar Lerik rayonunun yüz yaşdan artıq yaşamış 500-dən çox insanın şəxsi əşyaları və fotoşəkilləridir. Fotoşəkillərin əksəriyyətini bizə fransız fotoqraf Frederik Laşop hədiyyə edib", - deyə Fətullayeva qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın uzunömürlü insanları arasında rekordçu çoban Şirəli Müslümov olub. O, 168 il yaşayıb və Lerik rayonunun Bərzavu kəndindən olub. Şirəli üç dəfə evli olub. Onun sonuncu həyat yoldaşı Xatum xanım Müslümova ərinin vəfatından sonra 15 il yaşayıb, onların bir qızı var. Məhz qızının sayəsində Şirəli Müslümov planetin ən yaşlı atası olub.
Muzeydə həmçinin Mahmud Eyvazov (150 yaş), Məcid Ağayev (143 yaş), Qızıl Quliyeva (134 yaş), Məhbubə Fətullayeva (113 yaş) kimi uzunömürlü insanların əşyaları da nümayiş olunur.
Dilarə Fətullayeva qeyd edib ki, muzeyə əsasən xarici qonaqlar uzunömürlülüyün sirlərini öyrənmək üçün gəlirlər. O hesab edir ki, uzunömürlülüyün əsas səbəbi Lerik rayonunun mənzərəli təbiətinin, dağ havasının, təmiz suyunun olmasıdır, lakin təbii ki, genetika da böyük rol oynayır.
Xəbər lenti
0