https://sputnik.az/20231031/azerbaycan-ve-rusiya-simal-cenub-dehlizinin-inkisafini-muzakire-edib-460126384.html
Azərbaycan və Rusiya “Şimal-Cənub” dəhlizinin inkişafını müzakirə edib
Azərbaycan və Rusiya “Şimal-Cənub” dəhlizinin inkişafını müzakirə edib
Sputnik Azərbaycan
Müzakirələr zamanı "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu marşrutunun inkişafı müzakirə olunub. 31.10.2023, Sputnik Azərbaycan
2023-10-31T18:38+0400
2023-10-31T18:38+0400
2023-10-31T18:47+0400
şimal-cənub
i̇qti̇sadi̇yyat
rusiya
azərbaycan
müzakirə
aralıq dənizi
hind okeanı
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425834578_0:0:2500:1406_1920x0_80_0_0_3ca486d0415f8606072edd955c537796.jpg.webp
BAKI, 31 oktyabr — Sputnik. Rusiyanın Baş nazirinin I müavini Andrey Belousov ölkəsində işgüzar səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə Rusiya hökuməti məlumat yayıb. Bildirilir ki, müzakirələr zamanı "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu marşrutunun inkişafı müzakirə olunub. A.Belousov oktyabrın 9-da Bakıda işgüzar səfərdə olub. Ş.Mustafayev onunla bu layihənin icrasını, eləcə də digər aktual məsələləri müzakirə edib. "Şimal-Cənub" əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşımanın müddəti İran körfəzi, Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçməklə Helsinki şəhərinə 45-60 gün təşkil edirsə, "Şimal-Cənub" dəhlizi ilə bu müddət 20-25 gündür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/1c/425834578_313:0:2188:1406_1920x0_80_0_0_63e7e003acfea4e283dd5e6e7b1d212a.jpg.webpSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şimal-cənub, rusiya, azərbaycan, müzakirə, aralıq dənizi, hind okeanı
şimal-cənub, rusiya, azərbaycan, müzakirə, aralıq dənizi, hind okeanı
Azərbaycan və Rusiya “Şimal-Cənub” dəhlizinin inkişafını müzakirə edib
18:38 31.10.2023 (Yenilənib: 18:47 31.10.2023) Müzakirələr zamanı "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu marşrutunun inkişafı müzakirə olunub.
BAKI, 31 oktyabr — Sputnik. Rusiyanın Baş nazirinin I müavini Andrey Belousov ölkəsində işgüzar səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
Bu barədə Rusiya hökuməti məlumat yayıb.
Bildirilir ki, müzakirələr zamanı "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu marşrutunun inkişafı müzakirə olunub.
A.Belousov oktyabrın 9-da Bakıda işgüzar səfərdə olub. Ş.Mustafayev onunla bu layihənin icrasını, eləcə də digər aktual məsələləri müzakirə edib.
"Şimal-Cənub" əsasən Hindistandan və İran Körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşımanın müddəti İran körfəzi, Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçməklə Helsinki şəhərinə 45-60 gün təşkil edirsə, "Şimal-Cənub" dəhlizi ilə bu müddət 20-25 gündür.