Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeniliklər DVX ilə vergi ödəyiciləri arasında münasibətləri daha da şəffaflaşdıracaq

© Sputnik / Murad OrujovVergi Məcəlləsi
Vergi Məcəlləsi - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Mkro sahibkarlıq subyektlərinin kiçiyə, kiçikdən ortaya çevrilməsin iqtisadiyyatda keyfiyyət dəyişikliklərini daha da artıracaq.
BAKI, 27 oktyabr — Sputnik. Dövlət Vergi Xidməti funksional sahə üzrə idarəetmə prinsipinə keçəcək. APA-nın xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Azərbaycanda Amerika TicarətPalatasının ("AmCham Azərbaycan") birgə təşkilatçılığı ilə "Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar" mövzusunda birgə vergi konfransında Xidmətin rəisi Orxan Nəzərli deyib.

"DVX-nin mövcud strukturu vergi ödəyicisi təsnifatı və ərazi prinsipi üzrə qurulub. Növbəti mərhələdə isə qurum funksional sahə üzrə idarəetmə prinsipinə keçəcək ki, bu da vergi siyasətini və inzibatçılığını vahid bir şəkildə idarə etməyə, fiskal orqanla vergi ödəyiciləri arasında daha şəffaf münasibətlərin formalaşmasına imkan yaradacaq" - O. Nəzirli qeyd edib.

DVX rəisi həmçinin, mikro sahibkarlıq subyektlərinin kiçiyə, kiçikdən ortaya çevrilməsinin iqtisadiyyatda keyfiyyət dəyişikliklərini daha da artıra biləcəyini, vergi siyasətinin bu prosesi dəstəkləyəcəyini əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0