https://sputnik.az/20231030/xezer-denizi-quruyur-gemilerin-hereketi-tehlukede---videofoto-460037617.html
Xəzər dənizi quruyur-Gəmilərin hərəkəti təhlükədə - Video+Foto
Xəzər dənizi quruyur-Gəmilərin hərəkəti təhlükədə - Video+Foto
Sputnik Azərbaycan
Əmir Əliyev bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi gəmilərin fəaliyyətinə təsir göstərən əsas amillərdəndir. 30.10.2023, Sputnik Azərbaycan
2023-10-30T09:02+0400
2023-10-30T09:02+0400
2023-10-30T09:02+0400
xəzər dənizi
cəmiyyət
bakı gəmiqayırma zavodu
qaradağ
sənaye
park
gəmi
xəzər
dənizkənarı bulvar idarəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426118121_0:244:3072:1972_1920x0_80_0_0_8f9f1c422c31389ebeef3b588ab8d293.jpg
BAKI, 30 oktyabr — Sputnik. Xəzər dənizinin səviyyəsinin kəskin enməsi ciddi narahatlıq doğurur. Artıq son 10 ildə Xəzər dənizinin səviyyəsi 114 sm aşağı düşüb. Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. O bildirib ki, hazırda Xəzər dənizinin səviyyəsi Baltik dənizi ilə müqayisədə -28,78 metr təşkil edir: "Son 5 ildə səviyyə 69 santimetr, 10 ildə isə 114 santimetr aşağı düşüb. Bu, bütün Xəzəryanı ölkələri narahat edən problemlərdən biridir. Ötən ilin oktyabrında Azərbaycanın təşəbbüsü ilə bu məsələ barədə konfrans keçirilmişdi. Noyabrın 2-də növbəti konfrans olacaq. Əməkdaşlarımız həmin konfransa hazırlaşırlar. Orada adaptasiya tədbirlərinin hazırlanması və problem ətrafında müzakirələr aparılacaq". Bulvarda səyahət gəmiləri niyə fəaliyyətini dayandırıb? Sputnik Azərbaycan Xəzər dənizinin sahildən uzaqlaşmasının əsasən hansı sahələrə mənfi təsir etdiyini araşdırıb. Məlum olub ki, Xəzər dənizinin səviyyəsinin enməsi gəmilərin fəaliyyətinə təsirsiz ötüşməyib. Artıq bir müddətdir ki, Dənizkənarı Milli Parkda səyahət gəmiləri fəaliyyətini dayandırıb. AMEA Coğrafiya İnstitutunun "Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası" şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi gəmilərin fəaliyyətinə təsir göstərən əsas amillərdəndir. Onun sözlərinə görə, Xəzərdə suyun azalması neft sənayesinə, balıqçılığa mənfi təsir etməklə yanaşı, gəmilərin limana yaxınlaşmasına da mane olur. "Çünki, gəmilər limana kanallar vasitəsilə gəlir. Dənizdə suyun səviyyəsi endikdə həmin kanalları dərinləşdirmək lazım gəlir", - Əliyev bildirib. Bulvar İdarəsindən rəsmi cavab Dənizkənarı Bulvar İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, bulvarda gəmilərin fəaliyyətinin müvəqqəti dayandırılması Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi ilə əlaqədardır:"Gəmilərimizdə heç bir problem yoxdur. Hər il mütəmadi olaraq texniki baxışdan keçir. Gəmilərin fəaliyyəti ilə bağlı hər bir məsələ qaydasındadır. Amma dəniz suyunun səviyyəsinin aşağı düşməsi səbəbindən ilk növbədə sərnişinlərin və gəmilərin hər hansı bir təhlükə ilə üzləşə biləcəyi ehtimalını nəzərə alıb qurumumuz belə bir addım atıb. Aidiyyatı qurumlarla müzakirələrdən sonra gəminin yeni maaşrut xətti müəyyənləşə bilər. Gəmilər əlbəttə bulvarın əsas simvollarından biridir. Biz də onun yenidən fəaliyyət göstərməsini istəyirik". ASKO da dənizin səviyyəsinin enməsindən narahatdır Xəzər dənizinin səviyyəsinin enməsinin dənizlərin limana yaxınlaşmasına maneəsinin qarşısını almaq üçün də tədbirlər görülür. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Bakı limanlarında mütəmadi şəkildə dibdərinləşdirmə işləri həyata keçirir. "ASCO-nun müvafiq gəmilərin köməkliyi ilə aparılan dibdərinləşdirmə işlərinin məqsədi liman akvatoriyalarında dərinliklərin tələb olunun səviyyədə saxlanılmasını təmin etməkdir. Bundan başqa, dibdərinləşdirmə işləri gəmilərin limanlara giriş-çıxışını asanlaşdırmaqla yanaşı, dəniz üzgüçülüyünün təhlükəsizliyini də əhəmiyyətli dərəcədə artırmağa imkan verir". Qeyd edək ki, son 200 ildə Xəzərin səviyyəsi 1977-ci ildə bu günkindən 60-70 sm aşağı olub. 2030-cu ilədək bu prosesin davam edəcəyi proqnozlaşdırılır. Bakıda dənizdə dibdərinləşdirmə aparan gəmilər istehsal ediləcək "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda ilk dəfə olaraq dibdərinləşdirən gəmi istehsal ediləcək: "Son illərdə Xəzər dənizinin çəkilməsi ilə dərinləşmə işlərinə böyük tələbat yaranıb. Bakı limanında da, Xəzərin digər limanlarında da dibdərinləşmə üçün gəmilər kifayət etmir, tələbat hər zaman var. Odur ki, gələn il artıq Bakı limanının belə bir gəmisi olacaq. Bu gəmidən Bakı limanında kanalların dibdərinləşdirilməsində istifadə olunacaq". Artıq bunun üçün Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb. Sənədin icrası ilə Bakı Gəmiqayırma Zavodunda "Damen" şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qaldırılmasına yardım edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/02/426118121_207:0:2938:2048_1920x0_80_0_0_ffb28c95046a60b9324fc46cb65abf93.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəzər dənizi, bakı gəmiqayırma zavodu, qaradağ, sənaye, park, gəmi, xəzər, dənizkənarı bulvar idarəsi
xəzər dənizi, bakı gəmiqayırma zavodu, qaradağ, sənaye, park, gəmi, xəzər, dənizkənarı bulvar idarəsi
Xəzər dənizi quruyur-Gəmilərin hərəkəti təhlükədə - Video+Foto
Əmir Əliyev bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi gəmilərin fəaliyyətinə təsir göstərən əsas amillərdəndir.
BAKI, 30 oktyabr — Sputnik. Xəzər dənizinin səviyyəsinin kəskin enməsi ciddi narahatlıq doğurur. Artıq son 10 ildə Xəzər dənizinin səviyyəsi 114 sm aşağı düşüb. Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib. O bildirib ki, hazırda Xəzər dənizinin səviyyəsi Baltik dənizi ilə müqayisədə -28,78 metr təşkil edir:
"Son 5 ildə səviyyə 69 santimetr, 10 ildə isə 114 santimetr aşağı düşüb. Bu, bütün Xəzəryanı ölkələri narahat edən problemlərdən biridir. Ötən ilin oktyabrında Azərbaycanın təşəbbüsü ilə bu məsələ barədə konfrans keçirilmişdi. Noyabrın 2-də növbəti konfrans olacaq. Əməkdaşlarımız həmin konfransa hazırlaşırlar. Orada adaptasiya tədbirlərinin hazırlanması və problem ətrafında müzakirələr aparılacaq".
Bulvarda səyahət gəmiləri niyə fəaliyyətini dayandırıb?
Sputnik Azərbaycan Xəzər dənizinin sahildən uzaqlaşmasının əsasən hansı sahələrə mənfi təsir etdiyini araşdırıb. Məlum olub ki, Xəzər dənizinin səviyyəsinin enməsi gəmilərin fəaliyyətinə təsirsiz ötüşməyib. Artıq bir müddətdir ki, Dənizkənarı Milli Parkda səyahət gəmiləri fəaliyyətini dayandırıb.
AMEA Coğrafiya İnstitutunun "Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası" şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi gəmilərin fəaliyyətinə təsir göstərən əsas amillərdəndir.
Onun sözlərinə görə, Xəzərdə suyun azalması neft sənayesinə, balıqçılığa mənfi təsir etməklə yanaşı, gəmilərin limana yaxınlaşmasına da mane olur.
"Çünki, gəmilər limana kanallar vasitəsilə gəlir. Dənizdə suyun səviyyəsi endikdə həmin kanalları dərinləşdirmək lazım gəlir", - Əliyev bildirib.
Bulvar İdarəsindən rəsmi cavab
Dənizkənarı Bulvar İdarəsindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, bulvarda gəmilərin fəaliyyətinin müvəqqəti dayandırılması Xəzər dənizində suyun səviyyəsinin aşağı enməsi ilə əlaqədardır:
"Gəmilərimizdə heç bir problem yoxdur. Hər il mütəmadi olaraq texniki baxışdan keçir. Gəmilərin fəaliyyəti ilə bağlı hər bir məsələ qaydasındadır. Amma dəniz suyunun səviyyəsinin aşağı düşməsi səbəbindən ilk növbədə sərnişinlərin və gəmilərin hər hansı bir təhlükə ilə üzləşə biləcəyi ehtimalını nəzərə alıb qurumumuz belə bir addım atıb. Aidiyyatı qurumlarla müzakirələrdən sonra gəminin yeni maaşrut xətti müəyyənləşə bilər. Gəmilər əlbəttə bulvarın əsas simvollarından biridir. Biz də onun yenidən fəaliyyət göstərməsini istəyirik".
ASKO da dənizin səviyyəsinin enməsindən narahatdır
Xəzər dənizinin səviyyəsinin enməsinin dənizlərin limana yaxınlaşmasına maneəsinin qarşısını almaq üçün də tədbirlər görülür. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Bakı limanlarında mütəmadi şəkildə dibdərinləşdirmə işləri həyata keçirir.
"ASCO-nun müvafiq gəmilərin köməkliyi ilə aparılan dibdərinləşdirmə işlərinin məqsədi liman akvatoriyalarında dərinliklərin tələb olunun səviyyədə saxlanılmasını təmin etməkdir. Bundan başqa, dibdərinləşdirmə işləri gəmilərin limanlara giriş-çıxışını asanlaşdırmaqla yanaşı, dəniz üzgüçülüyünün təhlükəsizliyini də əhəmiyyətli dərəcədə artırmağa imkan verir".
Qeyd edək ki, son 200 ildə Xəzərin səviyyəsi 1977-ci ildə bu günkindən 60-70 sm aşağı olub. 2030-cu ilədək bu prosesin davam edəcəyi proqnozlaşdırılır.
Bakıda dənizdə dibdərinləşdirmə aparan gəmilər istehsal ediləcək
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda ilk dəfə olaraq dibdərinləşdirən gəmi istehsal ediləcək: "Son illərdə Xəzər dənizinin çəkilməsi ilə dərinləşmə işlərinə böyük tələbat yaranıb. Bakı limanında da, Xəzərin digər limanlarında da dibdərinləşmə üçün gəmilər kifayət etmir, tələbat hər zaman var. Odur ki, gələn il artıq Bakı limanının belə bir gəmisi olacaq. Bu gəmidən Bakı limanında kanalların dibdərinləşdirilməsində istifadə olunacaq".
Artıq bunun üçün Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb. Sənədin icrası ilə Bakı Gəmiqayırma Zavodunda "Damen" şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qaldırılmasına yardım edəcək.