Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Xankəndidə yararsız hala salınmış minatəmizləmə avadanlıqları tapılıb

© Photo : ANAMAYararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıb
Yararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıb - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi.
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən icra edilən humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində "Halo Trust" qeyri-hökumət təşkilatının bazası aşkar edilib. Bu barədə ANAMA-dan bildirilib.

"Beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan "Halo Trust"a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib. Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib", - məlumatda deyilir.

© Photo : ANAMAYararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıb
Yararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıb - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Yararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıb
Xatırladaq ki, bir müddət əvvəl Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlanmışdı.
© Photo : ANAMAYararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıb
Yararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıb - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Yararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıb
ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı ərazinin girişində yerləşən boruların içərisində sürpriz formaya salınmış əl qumbaraları, habelə otaqlarda yerləşən çəkməcələrdə, pərdələrin arxasında, hərbi jiletlərin ciblərində, binanın zirzəmisində əl qumbaraları və yüksək partlayış gücünə malik müxtəlif hərbi sursatlardan ibarət tələ qurğuları aşkarlanıb. Eyni zamanda, yüksəklikdən buraxılaraq partlayış törətmək və geniş radiusda qəlpələnmə yaradılması məqsədilə minaatan mərmiləri, qəlpələnən bombletlər, VOQ-17 silah qumbaralarından ibarət improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib.
Tələ qurğular Agentlik əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazilərin təhlükəsizliyi təmin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0