https://sputnik.az/20231030/turkmenistanla-azerbaycan-arasinda-munasibetler-muzakire-olundu-460097138.html
Türkmənistanla Azərbaycan arasında münasibətlər müzakirə olundu
Türkmənistanla Azərbaycan arasında münasibətlər müzakirə olundu
Sputnik Azərbaycan
Səfir Qismət Gözəlov Azərbaycan ilə Türkmənistan arasında mövcud olan strateji münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib. 30.10.2023, Sputnik Azərbaycan
2023-10-30T22:46+0400
2023-10-30T22:46+0400
2023-10-30T22:46+0400
türkmənistan
azərbaycan xəbərləri
səfir
məclis
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_0:0:3071:1728_1920x0_80_0_0_7304bbf65ac445748cb78605e06255dd.jpg
BAKI, 30 oktyabr — Sputnik. Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib. Səfirlikdən bildiriblər ki, Dünyagözəl Qulmanova Qismət Gözəlovu Türkmənistana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Parlamentin sədri Türkmənistanla Azərbaycan arasında tarixi köklərə malik dost və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə çatdığını, iki ölkə arasında son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlərin və strateji tərəfdaşlığımızın ruhuna uyğun olaraq aparılan dialoqun əhəmiyyətini qeyd edib. O, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil, humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Münasibətlərin möhkəmləndirilməsində parlamentlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib. Səfir Qismət Gözəlov Azərbaycan ilə Türkmənistan arasında mövcud olan strateji münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib, əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini vurğulayıb. İki qardaş xalq və ölkə arasında dostluq və mehriban qonşuluq dialoqunun möhkəmləndirilməsində parlamentlərarası münasibətlərin əhəmiyyətinə toxunub. Səfir qeyd edib ki, bu xüsusda 2022-ci ilin dekabr ayında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Türkmənistana səfəri və səfər çərçivəsində parlamentlərimiz arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyət kəsb edir. Görüşdə iki qardaş ölkə arasındakı strateji münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində bundan sonra da hər iki ölkənin qanunverici orqanları, eləcə də parlamentlərarası əlaqələr üzrə işçi qrupları tərəfindən səmərəli və praktik əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə edilib. Dünyagözəl Qulmanova səfirə Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər və münasibətlərin inkişaf perspektivləri istiqamətində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1c/426078674_169:0:2900:2048_1920x0_80_0_0_db50f5bdc65d50919a2723de53ef9bf3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkmənistan, səfir, məclis
türkmənistan, səfir, məclis
Türkmənistanla Azərbaycan arasında münasibətlər müzakirə olundu
Səfir Qismət Gözəlov Azərbaycan ilə Türkmənistan arasında mövcud olan strateji münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib.
BAKI, 30 oktyabr — Sputnik. Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib.
Səfirlikdən bildiriblər ki, Dünyagözəl Qulmanova Qismət Gözəlovu Türkmənistana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Parlamentin sədri Türkmənistanla Azərbaycan arasında tarixi köklərə malik dost və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə çatdığını, iki ölkə arasında son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlərin və strateji tərəfdaşlığımızın ruhuna uyğun olaraq aparılan dialoqun əhəmiyyətini qeyd edib. O, iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil, humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Münasibətlərin möhkəmləndirilməsində parlamentlər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Səfir Qismət Gözəlov Azərbaycan ilə Türkmənistan arasında mövcud olan strateji münasibətlərin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini bildirib, əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi perspektivlərini vurğulayıb. İki qardaş xalq və ölkə arasında dostluq və mehriban qonşuluq dialoqunun möhkəmləndirilməsində parlamentlərarası münasibətlərin əhəmiyyətinə toxunub. Səfir qeyd edib ki, bu xüsusda 2022-ci ilin dekabr ayında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Türkmənistana səfəri və səfər çərçivəsində parlamentlərimiz arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyət kəsb edir.
Görüşdə iki qardaş ölkə arasındakı strateji münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində bundan sonra da hər iki ölkənin qanunverici orqanları, eləcə də parlamentlərarası əlaqələr üzrə işçi qrupları tərəfindən səmərəli və praktik əməkdaşlığın davam etdiriləcəyinə əminlik ifadə edilib.
Dünyagözəl Qulmanova səfirə Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər və münasibətlərin inkişaf perspektivləri istiqamətində qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.