https://sputnik.az/20231030/payizin-34-cu-ani---veten-muharibesinin-xronikasi-448030322.html
"Payızın 34-cü anı" - Vətən müharibəsinin xronikası
"Payızın 34-cü anı" - Vətən müharibəsinin xronikası
Sputnik Azərbaycan
Ordumuz Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı... 30.10.2023, Sputnik Azərbaycan
2023-10-30T07:30+0400
2023-10-30T07:30+0400
2023-10-30T10:11+0400
payızın 44 anı
vətən müharibəsi
artilleriya
zrk
video
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/04/448237847_0:0:1000:563_1920x0_80_0_0_0748f0acbd0aaf093237bdca84fd5af2.jpg
BAKI, 30 oktyabr – Sputnik. 2020-ci ilin oktyabrın 30-da Vətən müharibəsinin qızğın döyüşlərin getdiyi 34-cü gününə təsadüf edib.Sputnik Azərbaycan xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-dan 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar olub.Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.Oktyabrın 30-u saat 07:35-dən başlayaraq mənfur düşmən Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini, habelə Ermənistanın Gorus rayonu ərazisindən Qubadlı şəhərini artilleriya atəşinə tutub. Ordumuz tərəfindən adekvat tədbirlər görülüb.Oktyabrın 30-da saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “Osa” ZRK bölmələrimiz tərəfindən məhv edilib.Daha sonra ordumuz tərəfindən Bərdə və Tərtər şəhərlərinə raket hücumlarını həyata keçirən 3 ədəd “Smerç” yaylım atəşli reaktiv sistem məhv edilib.Prezident İlham Əliyev “Twitter” hesabında paylaşım edib:
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/04/448237847_125:0:876:563_1920x0_80_0_0_83dcb38d5c2b13bd96e5c01648de3439.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
payızın 44 anı, vətən müharibəsi, artilleriya, zrk, qarabağ
payızın 44 anı, vətən müharibəsi, artilleriya, zrk, qarabağ
"Payızın 34-cü anı" - Vətən müharibəsinin xronikası
07:30 30.10.2023 (Yenilənib: 10:11 30.10.2023) Ordumuz Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad edib.
BAKI, 30 oktyabr – Sputnik. 2020-ci ilin oktyabrın 30-da Vətən müharibəsinin qızğın döyüşlərin getdiyi 34-cü gününə təsadüf edib.
Sputnik Azərbaycan xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-dan 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar olub.
Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Oktyabrın 30-u saat 07:35-dən başlayaraq mənfur düşmən Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini, habelə Ermənistanın Gorus rayonu ərazisindən Qubadlı şəhərini artilleriya atəşinə tutub. Ordumuz tərəfindən adekvat tədbirlər görülüb.
Oktyabrın 30-da saat 20:25 radələrində cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd “Osa” ZRK bölmələrimiz tərəfindən məhv edilib.
Daha sonra ordumuz tərəfindən Bərdə və Tərtər şəhərlərinə raket hücumlarını həyata keçirən 3 ədəd “Smerç” yaylım atəşli reaktiv sistem məhv edilib.
Prezident İlham Əliyev “Twitter” hesabında paylaşım edib:
“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”