https://sputnik.az/20231030/ndiyedek-3188-nefer-dogma-yurdlarina-kocurulub-460091519.html
İndiyədək 3188 nəfər doğma yurdlarına köçürülüb
İndiyədək 3188 nəfər doğma yurdlarına köçürülüb
Sputnik Azərbaycan
Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin repatriasiya prosesinin təşkili istiqamətində həyata keçirilən tədbirlər, keçmiş... 30.10.2023, Sputnik Azərbaycan
2023-10-30T17:32+0400
2023-10-30T17:32+0400
2023-10-30T17:32+0400
qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi
qarabağın dirçəlişi və reinteqrasiyası
işğaldan azad edilmiş ərazilər
böyük qayıdış
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1e/460069308_0:73:860:557_1920x0_80_0_0_6beb734511a3cf25f02a50b7f55f266b.jpg
BAKI, 30 oktyabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Komitədən verilən xəbərə görə, iclasda bildirilib ki, Böyük Qayıdış çərçivəsində indiyədək 3188 nəfər doğma yurdlarına köçürülüb. Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin repatriasiya prosesinin təşkili istiqamətində həyata keçirilən tədbirlər, keçmiş məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış mövsümünə hazırlıq, siyahıların dəqiqləşdirilməsi, vahid aylıq müavinətin verilməsi ilə bağlı görülən işlər barədə məlumatlar verilib. O cümlədən iclasda Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürüləcək keçmiş məcburi köçkünlər arasında məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili istiqamətində aparılan işlər barədə məruzələr təqdim olunub. Həmçinin iclasda mənzil istismar departamentinin balansında olan qəsəbələrdə qış mövsümünə hazırlıqla əlaqədar görülən işlər və digər məsələlər barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb. Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/1e/460069308_10:0:850:630_1920x0_80_0_0_9e67d5370861fb40a9fff2677fafe3c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, işğaldan azad edilmiş ərazilər, böyük qayıdış
qaçqın və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi, işğaldan azad edilmiş ərazilər, böyük qayıdış
İndiyədək 3188 nəfər doğma yurdlarına köçürülüb
Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin repatriasiya prosesinin təşkili istiqamətində həyata keçirilən tədbirlər, keçmiş məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti açıqlanıb.
BAKI, 30 oktyabr — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Komitədən verilən xəbərə görə, iclasda bildirilib ki, Böyük Qayıdış çərçivəsində indiyədək 3188 nəfər doğma yurdlarına köçürülüb.
Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin repatriasiya prosesinin təşkili istiqamətində həyata keçirilən tədbirlər, keçmiş məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış mövsümünə hazırlıq, siyahıların dəqiqləşdirilməsi, vahid aylıq müavinətin verilməsi ilə bağlı görülən işlər barədə məlumatlar verilib.
O cümlədən iclasda Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürüləcək keçmiş məcburi köçkünlər arasında məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili istiqamətində aparılan işlər barədə məruzələr təqdim olunub.
Həmçinin iclasda mənzil istismar departamentinin balansında olan qəsəbələrdə qış mövsümünə hazırlıqla əlaqədar görülən işlər və digər məsələlər barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.