DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın gələcəyini KTMT-siz təsəvvür edə bilmirəm - Bordyuja

© Sputnik / Vladimir Fedorenko / Mediabanka keçidKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Nikolay Bordyuja, arxiv
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Nikolay Bordyuja, arxiv - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Rəsmi İrəvan dəfələrlə bəyan edib ki, Ermənistan nə KTMT-dən, nə də Aİİ-dən çıxmaq niyyətində deyil.
BAKI, 30 oktyabr — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Nikolay Bordyuja Ermənistanın KTMT-dən çıxmayacağına inanır. Bu barədə Nikolay Bordyuja Belarusun STV kanalına müsahibəsində deyib.

"Bizim Ermənistanda bir çox siyasi qüvvələrlə çox yaxşı münasibətlərimiz var. Ona görə də mənim fikrimcə, baş verənlər müvəqqəti hadisələrdir. Lakin istənilən halda Ermənistan Rusiya, Belarus və KTMT-nin yanında olacaq", - Bordyuja STV müsahibəsində qeyd edib.

"Mən Ermənistanın gələcəyini KTMT-siz təsəvvür edə bilmirəm, çünki Ermənistan Rusiyaya çox inteqrasiya olunub. Bu təkcə iqtisadi baxımdan deyil. Rusiyada bir neçə milyon erməni yaşayır. ", - deyə KTMT-nin keçmiş baş katibi bildirib.
Rəsmi İrəvan dəfələrlə bəyan edib ki, Ermənistan nə KTMT-dən, nə də Aİİ-dən çıxmaq niyyətində deyil. Eyni zamanda parlamentin spikeri və baş nazir ola bilsin ki, KTMT Ermənistanı tərk edir fikrini irəli sürüblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0