Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Dünyanın polisi dəli olub, günahkar isə Putindir

© AFP 2023 / POOL / MAXIM SHEMETOVPutin
Putin - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Son bir il yarımdır ki, ABŞ nümayəndələri anti-Rusiya qətnamələri üzrə “düzgün” səsvermə üçün BMT-nin kənarında inanılmaz dərəcədə fəal olublar. Bununla belə, hər dəfə bunu daha pis ediblər. Fələstin-İsrail məsələsində isə hər şey tamamilə darmadağın olub.
BAKI, 30 oktyabr — Sputnik. BMT Baş Assambleyasının İsrail və Fələstində dərhal atəşkəsə çağıran qətnaməsi üzrə cümə günü keçirilən səsvermə hər kəsin çoxdan şübhələndiyini ortaya çıxardı. Vaşinqtonun günün mövzuları ilə bağlı fikri heç kəsi maraqlandırmır. ABŞ, BMT-də özünü demək olar ki, tamamilə təcrid vəziyyətində tapdı.
Ərəb ölkələrinin təqdim etdiyi qətnamənin mahiyyəti tamamilə sadədir. Bu, münaqişənin bütün tərəflərindən atəşi dayandırmaq, barışıq bağlamaq, mülki girovları azad etmək və bir müddət günahsız qadınları, qocaları və uşaqları öldürməməyi tələb edir. Bu, aydın, humanist ideyadır və dünya ölkələrinin böyük əksəriyyəti bunu bəyənib.
Qətnamənin əleyhinə 14 (sözlə: on dörd) ölkə çıxış edib. Siyahıya ABŞ və İsrail başçılıq edir, buna kim şübhə edər? Sonrakı yerdə Avstriya-Macarıstan İmperiyasının xarabalıqları - Avstriya, Macarıstan, Çexiya və Xorvatiya var. Nəhayət, bizim əziz Paraqvay, Qvatemala, Fici, Tonqa, Marşal adaları, Mikroneziya və Nauru var. Kimisə unutmamışıq ki? Bağışlayın, Papua-Yeni Qvineya da var.
Bunlar, əslində Vaşinqtonun xarici siyasətində həqiqətən arxalana biləcəyi müttəfiqlərdir. Onların təsirinə və hərbi gücünə ironik yanaşmayaq. Təkcə onu qeyd edək ki, Yer kürəsinin sakinlərinin mütləq əksəriyyətini təmsil edən zəmanəmizin bütün aparıcı dövlətləri BMT-də Fələstin və İsrail torpaqlarında qan tökülməsinin dayandırılmasının lehinə çıxış ediblər.
Əslində, BMT-də səsvermənin əsl tarixi çox maraqlı mövzudur. 2008-ci ildə alman alimləri amerikalıların otuz il ərzində BMT-yə üzv olan yüz qırx üç ölkənin səsini sözün əsl mənasında necə satın aldıqlarına dair araşdırma dərc ediblər. Bu məqsədlə dövlət büdcəsinə inyeksiyalardan, şəxsi qrantlardan, sanksiyalarla şantajdan istifadə olunurdu.
Son bir il yarımdır ki, ABŞ nümayəndələri anti-Rusiya qətnamələri üzrə “düzgün” səsvermə üçün BMT-nin kənarında inanılmaz dərəcədə fəal olublar. Bununla belə, hər dəfə bunu daha pis ediblər. Fələstin-İsrail məsələsində isə hər şey tamamilə darmadağın olub.
Fransa, Belçika, İspaniya, Portuqaliya və İrlandiya ərəb ölkələrinin atəşkəs qətnaməsini dəstəkləyiblər. İngiltərə və Almaniya səsvermədə bitərəf qalıblar. Kanada, Avstraliya, Yaponiya – Vaşinqtonun, sadəcə olaraq, ən yaxın və etibarlı müttəfiqləri də bitərəf qalıblar. Hətta ABŞ-ın sözün əsl mənasında hər şeyi - silahları, maaşları, təqaüdləri, Zelenski üçün villalar və arvadı üçün brilyantlarından ötrü ödəniş etdiyi Ukrayna da özünün ABŞ-dakı sahiblərinin istədiyi kimi səs vermədi.
Təbii ki, kiçik Dominikan Respublikasından Argentina Braziliyaya qədər bütün Latın Amerikası ABŞ-a qarşı dostluq cərgəsində mövqe tutublar.
Gəmidəki belə bir iğtişaş hansı səbəbdən baş verə bilərdi? Birincisi, müasir münaqişələr inanılmaz dərəcədə göz qarşısındadır. Onlar minlərlə kameraya çəkilir və real vaxt rejimində yayımlanırlar. Dünyanın istənilən yerində olan tamaşaçılar baş verənləri canlı və bütün detalları ilə izləyə bilərlər.
Bu gün İsrail və Fələstində baş verənlər o qədər dəhşətlidir ki, dünya tamaşaçıları bu qəzəbin dayandırılmasını şiddətlə tələb ediblər. Əslində, bu gün minlərlə insanın iştirak etdiyi mitinqin bütün mahiyyəti məhz bundan qaynaqlanır, istər İstanbul hava limanında, istərsə də Parisdəki Respublika meydanında toplaşsınlar. Bəşəriyyət siyasətçilərə qışqırır: axan qanı dayandırmaq üçün hər şeyi edin.
Bu gün ərəb ölkələrinin qətnaməsinin əleyhinə səs vermək, öz ölkəsində çox sayda insanı özünə qarşı çıxarmaq və öz adını tarixə “müharibəni qızışdıran tərəf” kimi yazmaq deməkdir. Bu, kimə lazımdır?
Bundan əlavə, Baş Assambleyada keçirilən səsvermə hər kəsin Vaşinqton rejiminin xarici siyasətindən hədsiz bezdiyini ortaya qoydu. Onilliklər ərzində bir kanistr benzinlə dünyanın bütün qaynar nöqtələrini gəzmək mümkün deyil. Bunu artıq heç kim istəmir.
Dünyanın istənilən ölkəsinin elitası bu gün görür ki, sabah əllərində kanistr olan amerikalılar onların yanına qaça bilərlər. İnsanlar öləcək, şəhərlər yanacaq və mütləq yoxsulluq hökm sürəcək. Bu biabırçılığa uzaq yanaşmalarda son qoyulmalıdır. Təbii ki, dünyanın əksəriyyəti Vaşinqtonu öz yerinə otuzdurmaq istəyir.
ABŞ daxilində bu zərbə çox ağrılı qəbul edilir, lakin hələ də onlar nə baş verdiyini anlamaqdan uzaqdırlar. Bu, sadəcə olaraq incimiş qürurun iniltisidir. Bəs, onların düşüncəsi ilə yenə kimin günahkar olduğunu bilirsinizmi? Doğrudur: Putin.
"Qəzzadakı müharibə Rusiyanın Putinə istədiyini verir", - deyə "The New York Times" qəmgin halda yazır. Onlar deyirlər ki, Rusiya “münaqişədən faydalanan” ölkəyə çevrilir. Çin də xal toplayır - ah, bu ki, biabırçılıqdır. Bu ərəfədə hələ Putin Çinə də getdi – iş bitdi - indi Rusiya və Çin liderləri "dünya nizamını yenidən quracaqlar".
Qulaq asın, soruşmaq istəyirəm: sizin vicdanınız varmı? Hansı dünya nizamı? Hazırda mən bu sətirləri yazarkən Qəzza zolağında yüzlərlə uşaq, qadın və qoca həlak olur. Sosial şəbəkələrdə yorğun tibb işçisinin yerə yıxılaraq acı göz yaşları ilə ağladığının çəkildiyi video yayılıb. Onun gördüklərini təsəvvür etmək çətin deyil. Əgər SAXAL (İsrail Silahlı Qüvvələrinin qısa adı-red.) tammiqyaslı quru əməliyyatına başlamaq qərarına gəlsə, HƏMAS istər-istəməz cavab verəcək. O zaman isə İsraildə döyüşməyənlər ölməyə başlayacaqlar. Həm də getdikcə artan sayla.
ABŞ vaxtilə regionda nüfuzlu oyunçu olub. Hazırda onlar bütün təsirlərini bu dəhşətin qarşısını almağa sərf etməlidirlər. Amma yox, Vaşinqton yalnız Rusiya və Çinin nizamlanmaya buraxılmamasından narahatdır. Allah eləməsin mister Blinken üzünü itirsin.
Bu arada, Rusiya, Çin və digər qlobal oyunçular Qəzza və İsraildə günahsız insanların öldürülməsini dayandırmaq üçün hər cür səy göstərirlər. Vaşinqton isə çarxların arasına çubuq qoymaq üçün əlindən gələni edir - onlar istəyirlər ki, Yaxın Şərqdə qan sonsuz axsın. Bu, cənab Blinken və cənab Bayden üçün daha əlverişlidir.
Birləşmiş Ştatları BMT-də təcrid edən şəxsən Putin idi? Xeyr, onların “dünya dağılsın, yoxsa mən çay içməyim?” üslubunda apardıqları sərsəm xarici siyasəti buna gətirib çıxardı. Amma dünya dağılmaq istəmir, bütün gücü ilə müqavimət göstərir.
Amerikalı klassik Stiven Kinqin dəli bir polis haqqında “Ümidsizlik” (Desperation) romanı var. Yaxşı yazıçılar gələcəyi görürlər. ABŞ çoxdan özünü dünyanın polisi kimi göstərirdi, amma bu gün bu polisin ağlının getdiyi hamıya aydındır. Onu çox da gec olmadan təcrid etmək dünya ictimaiyyəti üçün aktual vəzifədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0