DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Yaxın Şərqdə atəşkəslə bağlı qətnamənin yerinə yetiriləcəyinə ümid edir - XİN

© AP Photo / Andy WongÇin XİN-nin binası
Çin XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Çin Fələstin məsələsinin ən qısa zamanda ədalətli, hərtərəfli və davamlı həllini tapacağına ümid edir.
BAKI, 30 oktyabr — Sputnik. Çin BMT Baş Assambleyasının İsrail və Fələstin arasında atəşkəsə çağıran qətnaməsinin tam yerinə yetiriləcəyinə ümid edir. RİA Novosti xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib.
Bundan əvvəl Baş Assambleya ərəb ölkələrinin Fələstin-İsrail münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılmasını tələb edən və dərhal atəşkəsə çağıran qətnaməsini qəbul edib. Sənədin lehinə 120 ölkə səs verib, 14 ölkə əleyhinə, 45 ölkə bitərəf qalıb. Bitərəf qalan ölkələr arasında Almaniya da olub.

"Çin ümid edir ki, bu qətnamə tam yerinə yetiriləcək və yaxın gələcəkdə regional sülh və sabitlik bərpa olunacaq", - Van Venbin bildirib.

Diplomat əlavə edib ki, Çin Fələstin məsələsinin ən qısa zamanda ədalətli, hərtərəfli və davamlı həllini tapacağına ümid edir.
İordaniya və 40-dan çox ölkə BMT Baş Assambleyasının İsrail və Qəzza zolağı ətrafında vəziyyətlə bağlı qətnamə layihəsi hazırlayıb. Qətnaməyə əsasən, BMT Baş Assambleyası Fələstin və İsrail vətəndaşlarına qarşı zorakılığı pisləyir. Mətn hərbi əməliyyatların dayandırılmasına səbəb olan təcili, etibarlı, davamlı humanitar atəşkəsə çağırır. Sənəddə həmçinin qanunsuz əsir götürülən mülki şəxslərin dərhal, qeyd-şərtsiz azad edilməsi tələb olunur.
Qətnamə bütün tərəflərdən humanitar hüquq çərçivəsində, xüsusən də mülki şəxslərin və mülki obyektlərin mühafizəsi ilə bağlı öhdəliklərinə əməl etməyi tələb edir. Mətnə görə, BMT Baş Assambleyası Qəzza zolağına zəruri mal və xidmətlərin dərhal, davamlı və maneəsiz çatdırılmasını tələb edir. Sənəd humanitar missiyalar üçün Qəzzaya dərhal maneəsiz girişi tələb edir. Sənəddə həmçinin İsrailin Qəzza sakinlərinin zolağın cənubuna köçməsi əmrinin ləğvi tələb olunur.
Qətnamədə beynəlxalq hüquqa və BMT qətnamələrinə uyğun olaraq fələstinli mülki şəxslərin müdafiəsini təmin etmək üçün təcili mexanizm yaradılmasının zəruriliyi qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0