https://sputnik.az/20231030/azerbaycanin-sulh-sazisi-ile-bagli-teklifi-bu-gun-de-quvvededir---xn-460094413.html
Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir - XİN
Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir - XİN
Sputnik Azərbaycan
Azərbaycan xarici işlər nazirinin müavini vurğulayıb ki, sülh sazişi ilə bağlı bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır. 30.10.2023, Sputnik Azərbaycan
2023-10-30T17:16+0400
2023-10-30T17:16+0400
2023-10-30T17:16+0400
siyasət
elnur məmmədov
ermənistan
sülh
müqavilə
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0c/459557876_0:0:3076:1731_1920x0_80_0_0_5d4b4d05885184a861cc96f6bb6a3139.jpg
BAKI, 30 oktyabr - Sputnik. “Ölkəmiz sülh müqaviləsinin imzalanmasında israrlıdır. Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir”. Bu sözləri Azərtac-a eksklüziv açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib.O əlavə edib ki, Ermənistan yalnız 2022-ci ilin avqustunda keçirilmiş növbəti görüşdən sonra Azərbaycan tərəfi ilə gələcək sülh sazişinin şərtləri üzərində müzakirələrin başlanması barədə qərar verib:Elnur Məmmədov vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasında israrlıdır:“Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir. Ona görə də bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır. Bu günə kimi sülh sazişinin əksər bəndləri tərəflər arasında razılaşdırılıb. Hesab edirik ki, Azərbaycan dövləti Qarabağda, ümumilikdə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması daha da rahatdır, asandır və imzalanma ehtimalı da yüksək olmalıdır”.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/0c/459557876_219:0:2948:2047_1920x0_80_0_0_dca6fd04a9eb93b00729386ca950a834.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elnur məmmədov, ermənistan, sülh, müqavilə
elnur məmmədov, ermənistan, sülh, müqavilə
Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir - XİN
Azərbaycan xarici işlər nazirinin müavini vurğulayıb ki, sülh sazişi ilə bağlı bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır.
BAKI, 30 oktyabr - Sputnik. “Ölkəmiz sülh müqaviləsinin imzalanmasında israrlıdır. Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir”. Bu sözləri Azərtac-a eksklüziv açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib.
“Azərbaycan dövləti sülh gündəliyinə sadiqdir. Bunu Prezident İlham Əliyev də hər zaman qeyd edir. Belə ki, 2021-ci ilin fevral ayında Azərbaycan Ermənistana hərtərəfli sülh sazişinin imzalanması ilə bağlı rəsmi təklif göndərmişdi. Təəssüflər olsun ki, Ermənistan tərəfi təxminən bir il ərzində bu təklifə qarşılıq vermədi. Əlavə olaraq, Azərbaycan tərəfindən 2022-ci ilin fevral ayında ilk dəfə olaraq qeyd olunan sülh sazişinin beş təməl prinsipi barədə Ermənistan tərəfinə təklif göndərilib. Eyni zamanda, beynəlxalq ictimaiyyətə, bu prosesdə yardımçı olan üçüncü ölkələrə, üçüncü tərəflərə də bu barədə məlumat verilib”, - deyə nazir müavini xatırladıb.
O əlavə edib ki, Ermənistan yalnız 2022-ci ilin avqustunda keçirilmiş növbəti görüşdən sonra Azərbaycan tərəfi ilə gələcək sülh sazişinin şərtləri üzərində müzakirələrin başlanması barədə qərar verib:
“Demək olar ki, təxminən ilyarım müddət ərzində Ermənistan ümumiyyətlə, bu təklifə qarşılıq vermirdi. Son bir il ərzindəki dövrü götürsək, bir neçə platformada sülh danışıqları aparılıb, gələcək sülh sazişinin şərtləri ilə bağlı qarşı tərəfə konkret, müfəssəl təkliflər verilib. Ermənistan da Azərbaycana şərhlərini və mövqeyini təqdim edib”.
Elnur Məmmədov vurğulayıb ki, Azərbaycan sülh müqaviləsinin imzalanmasında israrlıdır:
“Azərbaycanın sülh sazişi ilə bağlı təklifi bu gün də qüvvədədir. Ona görə də bundan sonrakı addımlar daha çox Ermənistan tərəfindən atılmalıdır. Bu günə kimi sülh sazişinin əksər bəndləri tərəflər arasında razılaşdırılıb. Hesab edirik ki, Azərbaycan dövləti Qarabağda, ümumilikdə beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması daha da rahatdır, asandır və imzalanma ehtimalı da yüksək olmalıdır”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.