Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda aktyor və müğənnilərin səhnəni tərk etməsinin ilginc səbəbləri

© Official website of President of Azerbaijan RepublicBakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evi
Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evi - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Azərbaycan səhnə ilə vaxtsız vidalaşan, müqəddəs hesab etdikləri sənəti küskün tərk edən adamlarla doludur.
BAKI, 30 oktyabr — Sputnik. Bu yaxınlarda əfsanəvi britaniyalı aktyor Maykl Keyn böyük kinodan ayrılıb. Bundan başqa, Ququş da səhnəni tərk edib. O son konsertini Kaliforniyada verib. Bəs görəsən, Azərbaycanda səhnəni tərk edən aktyor və müğənnilər kimlərdir?
80-ci illərin televiziya tamaşalarını izləmiş yaşlı və orta nəsil yəqin ki, Əməkdar artist Hicran Mehbalıyevanı unutmayıb.
Hicran Mehbalıyevanın sənətdən gedişi səssiz baş verib. 90-cı illərdə ölkədə yaranan qarışıqlıq sənət aləmindən də yan keçməyib. Bu qarışıqlıqda səhnədən çəkilənlər də olub, teatr, kino aləmindəki çətinliklərə dözən, öz fəaliyyətini davam etdirənlər də. Elə Hicran Mehbalıyeva da sənətdən o illərdə ayrılıb.
Hicran xanım Akademik Milli Dram Teatrında çalışmaqla yanaşı, AzTV-nin bir sıra əyləncəli verilişlərində, Yeni il gecələri üçün hazırlanan "Mavi işıq" proqramlarında iştirak edub. Həm aktrisa, həm də mahnı ifaçısı kimi. O, "Xoşbəxtlik qayğıları", "Evləri köndələn yar", "İşgüzar səfər", "Qonşu qonşu olsa" televiziya tamaşalarında, "Bədbəxtliyin astanasında" filmində müxtəlif rollarda oynayıb, yaddaqalan obrazlar yaradıb. Aktrisalıq keyfiyyətləri ilə yanaşı, müğənnilik bacarığına da malik olan Hicran xanım vaxtilə çox populyar olan "Bənövşə" uşaq xorunun çoxsaylı məşhur yetirmələrindən biri idi. Onun Xalq artisti, mərhum Yaşa Nuri ilə birgə ifa etdiyi "Neyləsin bu yollar..." mahnısı 80-ci illərin sonunda böyük tamaçı rəğbəti qazanmışdı. Onlardan sonra həmin mahnını çoxları duet şəklində ifa edib, amma Hicran Mehbalıyevlə Yaşar Nurinin bu bəstəyə vurduğu möhür yaddaşlardan silinməyib.
"Evləri köndələn yar" teletamaşasında səslənən "Görüş yeri" mahnısının ifaçısı da Hicran Mehbalıyevadır.
Bundan başqa, Hicran Mehbalıyevanın görkəmli bəstəkar Emin Sabitoğlu ilə birgə ifa etdiyi "Səhnədə işıqlar yananda" mahnısı da 80-ci illəri xatırladan və yaddan çıxmayan musiqilər sırasında yer alır.

Ötən əsrin 80-ci illərində Azərbaycan estradasının önəmli simalarından olan Cəfər Behbudov da səhnəni tərk edənlər sırasındadır. Müğənni müsahibələrin birində öz ölkəsindən küsdüyünü, 90-cı illərin əvvələrində Ukraynaya köçdüyünü bildirmişdi. 2019-cu ildə vəfat edən C.Behbudov korifey sənətkar Rəşid Behbudovun bacısı oğludur.

Eyni taleyi yaşıyanlar sırasında ötən il dünyasını dəyişən aktrisa və müğənni Firəngiz Rəhimbəyova da yer alıb. 80-ci illər Azərbaycan müasir estradasının yaradıcılarından sayılan müğənni haqqında Sputnik Azərbaycan-a danışan bəstəkar Eldar Mansurov bildirmişdi ki, müğənninin ölkəni tərk etsəninin səbəbi həmin illərdə incəsənət sahəsində yaranmış böhran olub. O, yaşadığı Los-Ancelesdə dünyasını dəyişib.
Səhnəni tərk edən sənətkarlardan biri də Xalq artisti Fuad Poladov olub. Deyilənə görə, Akademik Milli Dram teatrında teatrın aktyoru Hikmət Rəhimovun işdən çıxarılmasına etiraz edən Fuad Poladov uzun illər çalışdığı teatrdan uzaqlaşıb. Həmin il Teatr bu məlumatı təkzib etsə də, olayın üstündən bir neçə gün keçdikdən sonra Hikmət Rəhimov işdən çıxarıldığı barədə sosial şəbəkədə status yazıb. Aktyor statusunda onu da qeyd edib ki, onun işdən çıxarılmasına etiraz olaraq məşhur aktyor Fuad Poladov da teatrı tərk edib:
"Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram". Aktyorun Akademik Milli Dram teatrında son oynadığı tamaşa "Müsyö İbrahim və Quran çiçəyi" tamaşası olub. Tamaşadan sonra səhnənin önünə gəlib diqqətlə onu dayanmadan alqışlayan tamaşaçılara uzun-uzadı sirli-sirli baxıb. Poladovun həyat yoldaşı Gülüstan Poladova müsahibələrin birində bildirib ki, onun bütün gərginliyi "Azdrama"dan gedəndən sonra başladı: "Adam elə bil, düşdü. Amma bu mövzularda həmişə susurdu. Bir söz soruşanda da dönüb üzümə baxırdı. Anlayırdım ki, deyir, soruşma, sənin nəyinə lazım?"

Xalq artisti Səfurə İbrahimova da səhnəni tərk edən sənət adamı olub. Ömrünün son illərini özünə qapanan Xalq artisti sağlığında verdiyi müsahibələrdən birində özü ərizə verib teatrdan uzaqlaşdığını bildirmişdi: "Özüm ərizəmi yazıb teatrdan çıxdım. Dedim ki, xəstəyəm, müalicə olunmalıyam. Məni heç kim çıxarmadı. Hətta Əlabbas (Əlabbas Qədirov Ş.A) məni qoymurdu teatrdan çıxmağa. Bir ay məni teatrda saxladı. Dedi, get, dincəl, müalicəni elə, qayıt, gəl teatra. Əlabbas doğurdan da mənim teatrda qalmağımı istəyirdi. Deyirdi, gələn cavanları kim öyrədəcək? Mən də çəkinən adam deyildim. Mərahim Fərzəlibəyova deyirdim ki, tamaşadakı qulluqçular qulluqçu kimi yox, xanım kimi oynayırlar, onların dırnaqlarında qırmızı lak olmamalıdır. Hər halda mən də üç dəfə qulluqçu obrazı ifa etmişdim. Heç birində dırnaqlarım manikürlü olmayıb, heç dodaq boyasından da istifadə etməmişəm.

Belə şeyləri qeyd etdiyim üçün məndən acıqları gəlirdi. Öz aralarında deyirdilər ki, onu teatrdan rədd edin, təqaüd yaşı çoxdan çatıb. Onlar altdan-altdan Əlabbası qızışdırdılar. Əlabbasla mən neçə tamaşada tərəf müqabili olmuşdum, o, mənim potensialımı, necə aktrisa olduğumu da bilirdi, ona görə də məni teatrdan uzaqlaşdırmağı özünə ayıb bilirdi. Amma mən özüm ərizəmi onun masasının üstünə qoyub teatrdan getdim. Çünki çıxmasaydım, orda başıma nə isə gələcəkdi, hansısa zədə alacaqdım, məni həmin zədə ilə oradan çıxaracaqdılar. Əlabbas isə dediyini elədi. Bir ay məni teatrda saxladı. "Hökmdar və qızı" tamaşasındakı rolum teatrdakı son rolum oldu. Açıq deyirdilər ki, bütün rolları ifa etmisən, hər şeyi qazanmısan, çıx da. Onda da haradasa mənim altmış yaşım olardı".
Xəbər lenti
0