CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana gələn ərəb turistlərin sayı azalıb-Deputat səbəbini açıqladı

© Sputnik / Murad OrujovBakıda ərəb turistlər, arxiv şəkli
Bakıda ərəb turistlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Vüqar Bayramov onu da bildirib ki, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağın artması müşahidə olunur.
BAKI, 30 oktyabr — Sputnik. Bu ilin ilk 9 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 32.1 faiz artaraq 1.535 milyon nəfərə çatıb. Gələnlərin sayı Çindən- 8,2 dəfə, Cənubi Koreyadan - 3,4 dəfə, Türkmənistandan - 2,9 dəfə, Hindistandan - 2,1 dəfə, Polşadan - 2,0 dəfə, Qazaxıstandan - 1,9 dəfə, Tacikistandan - 1,9 dəfə, Misirdən - 1,8 dəfə, Filippindən - 1,8 dəfə, Qırğızıstandan - 1,8 dəfə, Bəhreyndən - 1,6 dəfə, Belarusdan - 1,6 dəfə, Moldovadan - 1,6 dəfə, Özbəkistandan - 1,6 dəfə, İspaniyadan - 1,6 dəfə, İtaliyadan - 1,6 dəfə, Rusiya Federasiyasından - 1,5 dəfə, ABŞ-dan - 41,4 faiz, Kanadadan - 41,1 faiz, İsraildən - 34,6 faiz, Gürcüstandan - 31,7 faiz, Niderlanddan - 30,2 faiz, Böyük Britaniyadan - 26,3 faiz, Küveytdən - 24,0 faiz, Fransadan - 23,2 faiz, Almaniyadan - 20,6 faiz, Türkiyədən - 20,0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 11,6 faiz, Ukraynadan - 8,6 faiz artıb.
Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə öz *Facebook sosial şəbəkə hesabında məlumat yayaraq bildirib ki, Azərbaycana gələn turistlərin coğrafi mənşə strukturunda əvvəlki illər ilə müqayisədə dəyişiklik qeydə alınır.
Onun sözlərinə görə, Avropalıların sayı artır, ərəb tursitlərinin səfərləri azalır. Körfəz ölkələrindən gələnlərin sayı 9,3 faiz azalsa da, Avropa İttifaqından sayı 39,5 faiz artıb.

"Ərəb turistlərinin sayının azalması alternativ turistik bazarlara marağın yüksəlməsi, Azərbaycanda turizm qiymətlərinin hələ də yüksək olması ilə əlaqələndirilir. Avropadan gələnlərin sayının artması isə pandemiyadan sonra köhnə qitənin getmə turizmə istəyin yüksəlməsi, işgüzar səfərlərin sayının çoxalması və bütövlükdə bölgəyə xüsusi marağın artması ilə bağlıdır. Eyni zamanda, son illər xaricilərin Azərbaycanda sağlamlıq turizminə də marağın artması müşahidə olunur" deyə deputat bildirib.

© Photo : Social media page of Vugar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Vüqar Bayramov
V.Bayramov onu da əlavə edib ki, turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur. Pandemiyadan əvvəlki il- 2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Bu baxımdan gələn turistlərin ölkə mənşəyinin yeniləşməsi, xüsusən də Avropa və Cənubi-Şərqi Asiyada yerləşən dövlətlər ilə bu sahədə əməkdaşlığın gücləndirilməsi vacibdir. Bu turizm gəlirlərində dayanıqlığı artıra bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Xəbər lenti
0