Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Azad edilmiş ərazilərdə ötən həftə 81 mina aşkarlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər  - Sputnik Azərbaycan, 1920, 30.10.2023
Abunə olmaq
Son hədtə ərzində 56 tank əleyhinə mina, 25 piyada əleyhinə mina, 2 427 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Bu barədə qurumun "X" hesabında paylaşım edilib.
Bildirilib ki, azad olunan ərazilərdə oktyabrın 23-dən 29-dək olan müddətdə 56 tank əleyhinə mina, 25 piyada əleyhinə mina, 2 427 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 616,3 hektar ərazi minadan təmizlənib.
Azad olunan ərazilərdə oktyabrın 16-dan 22-dək olan müddətdə 130 tank əleyhinə mina, 147 piyada əleyhinə mina, 1067 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 611,4 hektar ərazi minadan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0