DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Zelenski İsraildəki eskalasiyaya görə Qərbin rəğbətini itirib

© Ukrainian Presidential Press Office via APUkrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli
Ukrayna Prezidenti Vladimir Zelenski, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Ukrayna Prezidenti Vladimir Zelenski hamının diqqətinə öyrəşib. Ancaq hazırda o, vəziyyətlə barışmalı olacaq.
BAKI, 29 oktyabr — Sputnik. Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi Qərb dövlətlərinin diqqətini Ukraynadan yayındırıb.
Bu bəyanatla Polşanın “Forsal” nəşrinin jurnalistləri çıxış ediblər.
Onların sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski hamının diqqətinə öyrəşib. Ancaq hazırda o, vəziyyətlə barışmalı olacaq.
“Vladimir Zelenski Mərkəzi Avropadan olan köhnə dostlarını yeniləri ilə əvəz etməklə məşğul olanda aydın idi ki, geosiyasət nəhayət öz işini görəcək”, - materialda belə qeyd edilib.
İsrail böhranı Qərbə göstərdi ki, dünyada başqa problemlər də var. Hazırda ABŞ və müttəfiqləri Yaxın Şərqdə təhlükəsizliyin çökməsindən narahatdırlar. Ukrayna tək-tənha çağırış məkanı olmaqdan məhrum olub, o, sadəcə olaraq, istiqamətlərdən birinə çevrilib.
Zelenski həmişə digər liderlərlə görüşlərə böyük ürəklə razılıq verib. Onlar da həmişə təşəbbüs göstərərək Ukrayna Prezidentinin yanında nüfuzlarının necə artdığını hiss ediblər.
“Bu dəfə İsrail onu qətiyyətlə rədd etdi və hazırda görüşlər üçün uyğun vaxt və ya yer olmadığını qeyd etdi. Zelenski rəqabətin olması faktı ilə barışmalıdır”, - deyə müəlliflər qeyd ediblər.
Bəzi ekspertlər hesab edirlər ki, Qərb ölkələri tezliklə Ukraynanı tamamilə yardımdan məhrum edəcək. Nəticə olaraq isə Kiyev rejimi Rusiya Federasiyası ilə sülh müqaviləsi bağlamalı olacaq.
Xəbər lenti
0