Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xarici dildə olan iaşə obyektləri - trend, yoxsa doğma dilimizə hörmətsizlik?

Cofe house - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Xalq şairi Vahid Əziz deyib ki, xarici ölkələrdə hansısa milli ada rast gələndə, görürük ki, onun sahibi azərbaycanlıdır. Amma hanısa yapon, fransız, italyan və ya türk öz ölkələrində obyekt açıb, Azərbaycan adı verməz.
BAKI, 29 oktyabr — Sputnik. Bölgələrdə, eləcə də paytaxt Bakıda əksər iri mağazalar, restoranlar, istirahət məkanlarının adları əcnəbi dillərdədir. Mağaza və restoran adlarının kütləvi şəkildə əcnəbiləşməsi məsələsi illərdir ki, müzakirəyə çıxarılır, tənqid edilir. Amma görünən odur ki, tənqidlər heç nəyi dəyişmir.
Xalq şairi Vahid Əziz iaşə obyektlərinin adlarının əcnəbi dillərdə olmasını Azərbaycan dilinə hörmətsizlik kimi qiymətləndirir: "Heç siz xarici ölkədə olanda hansısa iaşə obyektinə Azərbaycan mənşəli adın verildiyinə rast gəlmisiniz? Şəxsən mən rast gəlməmişəm. Nəinki digər xarici ölkələr, heç Türkiyədə də rast gəlməmişəm. Xarici ölkələrdə hansısa milli ada rast gələndə, görürük ki, onun sahibi azərbaycanlıdır. Amma hanısa yapon, fransız, italyan və ya türk öz ölkələrində obyekt açıb, Azərbaycan adı verməz. Bizdə isə iaşə obyektlərinin 90 faizinin adı xarici dillərdədir. Nadir hallarda milli mənşəli adlara rast gəlinir. Biz öz dilimizə hörmət qoymasaq, sevməsək, itib-batacaq".
Azərbaycan Reklamçılar İttifaqının İcraçı direktoru, Ümumdünya Reklamçılar Assosiasiyasının üzvü, Beynəlxalq Reklam Festivalları mükafatçısı Cahid Həsənov bildirir ki, bölgələrdə və paytaxt Bakıda olan iaşə obyektlərinin əksəriyyəti xarici dildə olduğundan, insan özünü doğma ölkədə, doğma şəhərdəki kimi hiss eləmir. Onun sözlərinə görə, obyekt sahibləri dilçilik institutunda hansısa dilçi alimlə iş birliyi yaratmır: "Onlar dilçilik institutu ilə, alimlərimizlə, filoloqlarımızla birlikdə işləsələr, həm milli adlar olar, həm də Azərbaycan dilinin zənginliyini dərk edərlər. Eyni zamanda, alimlərimizin maddi rifahı düzələr".
Həsənov xatırladıb ki, "Reklam haqqında" Qanuna görə də reklamda əsasən dövlət dilindən istifadə edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər də istifadə oluna bilər. Lakin onların tutduğu sahə, sözlərin Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
Qeyd edək ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanununun 17-ci maddəsinə əsasən, hüquqi şəxslərin, onların nümayəndəliklərinin, filiallarının və idarələrinin adları Azərbaycan dilinin normalarına uyğun yazılmalıdır.
Xəbər lenti
0