Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şahdağ Milli Parkında yanğın olub

© WikipediaŞahdağ Milli Parkı
Şahdağ Milli Parkı - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
BAKI, 29 oktyabr - Sputnik. Şahdağ Milli Parkında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Qəmərvan kəndi yaxınlıqda Şahdağ Milli Parkının dağlıq-meşəlik ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində Şahdağ Milli Parkının ərazisində 600 m² sahədə xəzəl və ağac qırıntıları yanıb. Ağaclar yanğından mühafizə olunub.
Xəbər lenti
0