CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurumlar qışa hazırdır

© AFP 2024 / NATALIA KOLESNIKOVAsoyuq hava
soyuq hava - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali üzrə 50 479 abonent qeydiyyata alınıb ki, bunların 29 389-u fərdi mənzil, 21 090 bina evləridir
BAKI, 29 oktyabr — Sputnik. Maydan etibarən qışa hazırlıq prosesi yüksək səviyyədə gedir. Yeraltı boru xətlərinin yürüstü dayaqlar üzərinə qaldırılması, korroziyaya uğrayan hissələrin yeni borularla təmin olunması, boyanması, qaynaq tikişlərinin vaxtaşırı yoxlanılması həyata keçirilir. Havalar soyuduqda boru xətlərinin deformasiyası əmələ gəlir. Qaynaq tikişlər vaxtaşırı yoxlanılır ki, deformasiya, daralma və genişlənmə nəticəsində hansısa çat əmələ gəlməsin və sızmalar baş verməsin. Qış aylarında abonentlərə lazımi səviyyədə xidmət göstərə biləcəyik.
Bu barədə SOCAR "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq deyib.
O bildirib ki, daha öncəki illərlə müqayisədə artıq "Azəristiliktəchizat" ASC ilə bağlı ciddi problemlər yoxdur.
İşğaldan azad olunan ərazilərdə görülən işlər
Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.2022-ci il tarixli, 357 nömrəli sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na uyğun olaraq qaz təchizatı məqsədilə yaşayış məntəqələrinin hüdudlarına qədər SOCAR “Azəriqaz” İB tərəfindən daşıyıcı qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulub: "Cari ildə 2023-cü ilin planına əsasən işğaldan azad edilmiş ərazilərdə 4 yaşayış məntəqəsinə qədər (Tərtər Talış və Suqovuşan, Laçın Zabux və Sus) orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərlərinin tikintisi başa çatdırılıb, 24 yaşayış məntəqəsinin hüdudlarına qədər orta təzyiqli yeraltı daşıyıcı qaz kəmərlərinin çəkilməsi üçün tikinti işlərinə başlanılıb. Məlumat üçün bildirək ki, Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində yaşayan əhali cari ilin mart ayından etibarən təbii qazla təmin olunur.
Bununla yanaşı olaraq SOCAR “Qaz İxrac” İdarəsi tərəfindən işğaldan azad edilən ərazilərdə magistral qaz kəmərlərinin tikintisi işləri də plana uyğun olaraq geniş vüsətlə icra olunur".
Abonentlərin sayı
E.Vəliyev bildirib ki, 01.10.2023 tarixinədək ümumi abonentin sayı 2 561 740, əhali abonentlərinin sayı isə 2 520 082 olub: "2023-cü ilin yanvar-sentyabr ayları ərzində əhali üzrə 50 479 abonent qeydiyyata alınıb ki, bunların 29 389-u fərdi mənzil, 21 090 bina evləridir. İlin sonunadək bu rəqəmin 65 min olması nəzərdə tutulub (yəni onlardan 39 mininin fərdi mənzil, 26 mininin bina evi olması gözləniləndir)".
"Cari ildə respublikanının müxtəlif bölgələrində "Azəriqaz" İB-nin maliyyə resursları hesabına 150-yə yaxın kənd və massivdə daşıyıcı və paylayıcı qaz kəmərlərinin tikintisi nəzərdə tutulmuşdur. Hazırda bunlardan yüzdən çoxunda daşıyıcı və paylayıcı qaz kəmərlərinin tikintisi işləri aparılır. Növbəti ildə də digər ərazilərdə qazlaşdırılma işləri davam etdiriləcək".
“Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin 2023-2024-cü illər payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq olunan tədbirlər planına uyğun olaraq istilik təchizatı obyektlərinin, o cümlədən mövcud qazanxana, istilik şəbəkələri, nəzarət ölçü cihazları və avtomatika, qaz, elektrik, nəqliyyat təsərrüfatları və digər istehsal təyinatlı avadanlıqların etibarlığının və dayanıqlığının təmin edilməsi məqsədi ilə 2023-cü il ərzində 1000 km-dən çox istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 10 000 metrdən çox müxtəlif diametrli magistral və məhəllədaxili istilik xətləri dəyişdirilərək yenilənib.
Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq verilən məlumata görə, görülən işlər çərçivəsində 1150 ədəd qazan odluğu, 486 dəst istilik mübadilə aparatları, 3230 ədəd nasos, 16860 ədəd müxtəlif diametrli siyirtmələr, 3340 ədəd mühərrik, 561 ədəd elektrik avadanlığı, 561 ədəd nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1349 ədəd genişləndirici çən, 2093 ədəd qoruyucu klapan və 2703 ədəd əks klapan, 12427 ədəd ventil, 632 ədəd ehtiyyat su çəni, 554 ədəd qaz təsərrüfatına aid avadanlıq və digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib: "727 ədəd dirsək, 94 ədəd siyirtmə, 100 ədəd ventil, 8 ədəd nasos, 8 ədəd mühərrik, 15 ədəd istilik mübadilə aparatı yenisi ilə əvəz edilmiş, 35 qazan aqreqatı, 13 ədəd nasos, 320 ədəd siyirtmə, 11 ədəd mühərrik əsaslı təmir edilib. Bundan başqa, 522 ədəd qazan aqreqatı, 1004 ədəd nasos, 6800 ədəd siyirtmə, 750 ədəd mühərrik cari təmir edilib. 1260 ədəd qazan aqreqatı, 151 dəst istilik mübadilə qurğusu mexaniki, həmçinin 12 ədəd qazan aqreqatı və 23 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib. İstilik xətlərində 3368 m2 istilik örtük qatı bərpa olunaraq yenilənib".
Ümumilikdə 2023-2024-cü illər payız-qış mövsümündə 49 000-dən çox qurğu və avadanlıqların, nəzarət ölçü cihazlarının, nizamlayıcı və tənzimləyici armaturların istismarını təşkil etməklə abonentlərin keyfiyyətli və dayanıqlı istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulub.
Xəbər lenti
0