https://sputnik.az/20231029/macaristanin-bas-naziri-a-rehberliyini-deyismeye-cagirib-460061910.html
Macarıstanın baş naziri Aİ rəhbərliyini dəyişməyə çağırıb
Macarıstanın baş naziri Aİ rəhbərliyini dəyişməyə çağırıb
Sputnik Azərbaycan
Viktor Orbanın sözlərinə görə, Ukrayna münaqişəsi fonunda yaranmış problemlərin öhdəsindən gələ bilmədiyi üçün Avropa İttifaqının rəhbərliyi dəyişdirilməlidir. 29.10.2023, Sputnik Azərbaycan
2023-10-29T20:25+0400
2023-10-29T20:25+0400
2023-10-29T20:25+0400
viktor orban
dünya xəbərləri
macarıstan
ai
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022882_0:0:3072:1728_1920x0_80_0_0_7baded2b175ce7e25e97a3e6a0d1b626.jpg
BAKI, 29 oktyabr — Sputnik. Ukrayna münaqişəsi fonunda yaranmış problemlərin öhdəsindən gələ bilmədiyi üçün Avropa İttifaqının rəhbərliyi dəyişdirilməlidir. Bunu Macarıstanın baş naziri Viktor Orban “Radio Kossuth”un efirində söyləyib. Onun sözlərinə görə, Brüsseldə dəyişikliklərə ehtiyac var, çünki Aİ-nin zirvəsi ittifaqa yalnız “sülh dövründə, sular həyəcanlanmayanda” bacarıqla rəhbərlik edə bilər. "Ancaq hazıda, fırtına zamanı, nəhəng dalğalar, pirat gəmilər olduqda, bu rəhbərliklə uğur qazana bilməyəcəyik, bu, dəqiqdir" – deyə o, bildirib. Macarıstan lideri qeyd edib ki, 2024-cü ilin iyununda Avropa Parlamentinə keçiriləcək seçkilər çətin vaxtlarda Aİ-yə üzv dövlətlərin başçılarının işini koordinasiya edə biləcək liderlərin dəyişdirilməsi və yeniləri ilə əvəzlənməsi üçün əla fürsət ola bilər. Bundan əvvəl Viktor Orban bildirmişdi ki, Avropa İttifaqı Ukraynanın döyüş meydanında qalib gəlməyəcəyini özünə etiraf edə bilməz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022882_0:0:2732:2048_1920x0_80_0_0_673f7fc48e4da3ac63f02e1166cd870b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
viktor orban, macarıstan, ai
viktor orban, macarıstan, ai
Macarıstanın baş naziri Aİ rəhbərliyini dəyişməyə çağırıb
Viktor Orbanın sözlərinə görə, Ukrayna münaqişəsi fonunda yaranmış problemlərin öhdəsindən gələ bilmədiyi üçün Avropa İttifaqının rəhbərliyi dəyişdirilməlidir.
BAKI, 29 oktyabr — Sputnik. Ukrayna münaqişəsi fonunda yaranmış problemlərin öhdəsindən gələ bilmədiyi üçün Avropa İttifaqının rəhbərliyi dəyişdirilməlidir.
Bunu Macarıstanın baş naziri Viktor Orban “Radio Kossuth”un efirində söyləyib.
Onun sözlərinə görə, Brüsseldə dəyişikliklərə ehtiyac var, çünki Aİ-nin zirvəsi ittifaqa yalnız “sülh dövründə, sular həyəcanlanmayanda” bacarıqla rəhbərlik edə bilər.
"Ancaq hazıda, fırtına zamanı, nəhəng dalğalar, pirat gəmilər olduqda, bu rəhbərliklə uğur qazana bilməyəcəyik, bu, dəqiqdir" – deyə o, bildirib.
Macarıstan lideri qeyd edib ki, 2024-cü ilin iyununda Avropa Parlamentinə keçiriləcək seçkilər çətin vaxtlarda Aİ-yə üzv dövlətlərin başçılarının işini koordinasiya edə biləcək liderlərin dəyişdirilməsi və yeniləri ilə əvəzlənməsi üçün əla fürsət ola bilər.
Bundan əvvəl Viktor Orban bildirmişdi ki, Avropa İttifaqı Ukraynanın döyüş meydanında qalib gəlməyəcəyini özünə etiraf edə bilməz.