DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

FTB əməkdaşları Bayden ailəsinin cinayətlərinin araşdırılmasına mane olublar

© AFP 2024 / LUDOVIC MARINCo Bayden Hindistanda G20 sammitində
Co Bayden Hindistanda G20 sammitində - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
Bayden ailəsinin cinayətkar fəaliyyəti məsələsi Respublikaçılar tərəfindən qaldırılıb.
BAKI, 29 oktyabr — Sputnik. Federal Təhqiqatlar Bürosunun (FTB) bir sıra əməkdaşları ABŞ prezidenti Co Baydenin ailəsinin mümkün cinayət fəaliyyətinin araşdırılmasına mane olmağa çalışıblar.
Məlumatı “Fox News”un jurnalistləri yayıb.
Onların sözlərinə görə, FTB nümayəndələri məxfi mənbələrdən alınan məlumatları saxta adlandırıblar.
"FTB müxtəlif cinayət işləri üzrə 40-dan çox məxfi mənbə ilə əlaqə saxlayıb", - hesabatda belə qeyd edilib.
Onların hamısı siyasətçinin vitse-prezident olduğu dövrdə Bayden ailəsi ilə əlaqə saxlayıb. Bu mənbələr "FTB”yə Co, Hanter və Ceyms Baydenlə bağlı məxfi məlumat veriblər".
Lakin bu məlumatı alan FTB əməkdaşları onun qarşısını kəsiblər. Onlar mənbələrdən gələn məlumatları “xarici dezinformasiya” adlandırıblar. Məhz buna görə də Amerika liderinə qarşı istintaq hərəkətləri dayandırılıb.
Bayden ailəsinin cinayətkar fəaliyyəti məsələsi Respublikaçılar tərəfindən qaldırılıb. Onların sözlərinə görə, prezident Baydenin oğlu Hanterin adına Çindən böyük pul köçürmələri qeydə alınıb. Eyni zamanda, Amerika liderinin evi ünvan kimi göstərilib. Beləliklə, parlamentarilər ondan korrupsiyada və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhələniblər.
Daha əvvəl də Baydenin reputasiyasına zərbə vurulduğu bildirilirdi. Belə ki, Ceymsə qanunsuz varlanma ittihamı irəli sürülüb, Frenk isə çılpaq fotoları ilə qalmaqala qarışıb.
Xəbər lenti
0