DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Böyük Britaniyada Sİ-dən "gözlənilməz təhlükələrin" meydana çıxacağını proqnozlaşdırıblar

© AFP 2024 / STRРобот на фабрике, фото из архива
Робот на фабрике, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.10.2023
Abunə olmaq
2025-ci ilə qədər generativ süni intellekt tamamilə yeni risklər yaratmaqdansa, mövcud riskləri daha da dərinləşdirəcək.
BAKI, 29 oktyabr — Sputnik. Süni intellekt gələcəkdə təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə artıraraq, mövcud problemləri daha da gücləndirəcək.
“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə Böyük Britaniya hökumətinin süni intellekt üzrə təhlükəsizlik sammiti ərəfəsindəki hesabatında söz açılıb.
“2025-ci ilə qədər generativ süni intellekt tamamilə yeni risklər yaratmaqdansa, mövcud riskləri daha da dərinləşdirəcək”, - sənəddə belə qeyd edilib.
Hesabatın müəllifləri, həmçinin 2030-cu ilə qədər terrorçu qrupların biosilah hazırlamağa cəhd etmək üçün süni intellektdən istifadə etməyə başlaya biləcəyindən narahat olduqlarını bildiriblər.
Xatırladaq ki, daha əvvəl Rusiya Federasiya Şurası süni intellekt texnologiyalarının inkişafı üçün dövlət platformasının yaradılmasını təklif etmişdi.
Xəbər lenti
0